TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə İsrailin Suriyanın cənubuna hücumunu pisləyib
Türkiyə İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu pisləyərək bu addımı bölgədə vəziyyəti gərginləşdirən təhlükəli addım kimi qiymətləndirib.
Türkiyə İsrailin Suriyanın cənubuna hücumunu pisləyib
Türkiyə İsrailin Suriyanın cənubuna hücumunu pisləyib / Public domain

Türkiyə İsrailin Suriyanın cənubundakı hərbi infrastrukturu hədəf alan hücumunu pisləyərək bu addımı bölgədə vəziyyəti gərginləşdirən təhlükəli addım kimi qiymətləndirib.

Türkiyə Xarici İşlər Nazirliyinin martın 20-də yaydığı bəyanatda hücumun beynəlxalq hüquq normalarına zidd olduğu, Suriyanın suverenliyi və ərazi bütövlüyünü sarsıtdığı vurğulanıb. Nazirlik beynəlxalq ictimaiyyəti İsrailin hücumlarının qarşısını almaq üçün məsuliyyət daşımağa çağırıb və 1974-cü il tarixli Qüvvələrin Ayırılması haqqında Sazişin müddəalarına əməl olunmasının vacibliyini diqqətə çatdırıb.

Bəyanatda həmçinin qeyd olunub ki, Türkiyə Suriyada davamlı sabitliyin təmin edilməsi üçün Suriya xalqı ilə həmrəyliyini bundan sonra da davam etdirəcək.

Xatırladaq ki, İsrail ordusu daha əvvəl Suriyanın cənubunda Dəməşq administrasiyasına məxsus hərbi bazaları, komandanlıq mərkəzlərini və silah anbarlarını vurduğunu açıqlamışdı. Suriya Xarici İşlər Nazirliyi də öz növbəsində hərbi obyektlərə edilən bu hücumu pisləyən bəyanat yayıb.

Araşdırma
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
15 iyul 2016-cı ildə nələr baş verdi?
Hakan Fidan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın sammitinə qatılıb
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək
Cevdet Yılmaz:''Dövlətimizin bütün qurumları bu ağır sınaqdan lazımi dərsləri çıxarıb''
Türkiyə və Misir müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalayıb
FETÖ nə mənaya gəlir?
Türkiyə ictimaiyyəti “ByLock” tətbiqindən ilk dəfə 15 iyul çevriliş cəhdi zamanı xəbər tutdu
MİT DEAŞ-ın qondarma başçılarından Talip Güləri yaxalayıb
Türkiyə Dəməşqdə Suriya Xalq Məclisinin ilk sessiyasını alqışlayıb
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı
Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib
Hakan Fidan gündəmdəki aktual məsələlərlə bağlı mühüm açıqlamalar verib
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərara reaksiya verdi
ABŞ Konqresi "KAAN"ın mühərriklərinin Türkiyəyə satışına etiraz etmədi
TİKA Venesuelaya humanitar yardım göndərib
Rəcəb Tayyib Ərdoğan:"NATO sammitini uğurla başa çatdırdıq"
Rəcəb Tayyib Ərdoğan slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşüb