SİYASƏT
1 dəqiqə oxuma
İngiltərə İordan çayının qərb sahilində yeni qeyri-qanuni yaşayış məntəqələrinin tikintisini pislədi
Böyük Britaniya İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində 19 yeni qeyri-qanuni yaşayış məntəqəsinin tikintisini təsdiqləməsini pisləyib
İngiltərə İordan çayının qərb sahilində yeni qeyri-qanuni yaşayış məntəqələrinin tikintisini pislədi
İngiltərə İordan çayının qərb sahilində yeni qeyri-qanuni yaşayış məntəqələrinin tikintisini pislədi / Anadolu Agency

Böyük Britaniya İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində 19 yeni qeyri-qanuni yaşayış məntəqəsinin tikintisini təsdiqləməsini pisləyib.

Böyük Britaniyanın Yaxın Şərq məsələləri üzrə naziri Hamiş Falkoner internet səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib. “Birləşmiş Krallıq İsrail hökumətinin Fələstin ərazilərində 19 yeni yaşayış məntəqəsinin tikintisini təsdiqləməsini qətiyyətlə pisləyir. Bu addımlar beynəlxalq hüquqa ziddir”.

Falkoner vurğulayıb ki, bu qərar sülh prosesinə zərər vura və iki dövlətli həll yolu ilə əldə edilə biləcək uzunmüddətli sülh və təhlükəsizlik perspektivlərini təhlükə altına qoya bilər.

Fələstin rəsmilərinin məlumatına görə, 2023-cü ilin oktyabr ayından bu yana İsrail qüvvələri və qeyri-qanuni köçkünlər tərəfindən azı 1102 fələstinli öldürülüb, təxminən 11 min nəfər yaralanıb və 21 minə yaxın insan həbs edilib.

Keçən ilin iyul ayında Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərini işğal etməsini qanunsuz hesab edib və işğal olunmuş İordan çayının qərb sahili ilə Şərqi Qüdsdəki bütün yaşayış məntəqələrinin boşaldılması ilə əlaqədar çağırış edib.

İsrailin maliyyə naziri Bezalel Smotriç işğal altındakı Şərqi Qüdsdə yeni qanunsuz yaşayış məntəqəsinin tikintisini təsdiqləyib. Smotriç “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirib ki, bu yaşayış məntəqəsi “Qüdsü şərqdən qorumaq üçün strateji baza” rolunu oynayacaq.

Araşdırma
Macarıstanın yeni Baş naziri Netanyahunu həbs edəcəyini açıqladı
İran ABŞ-nin ticarət gəmisinə müdaxiləsini "dəniz quldurluğu" adlandırdı
Trump: "İranın zənginləşdirilmiş uranının geri alınması uzun və çətin olacaq"
İran Prezidenti müharibənin heç kimin maraqlarına uyğun olmadığını bildirərək, diplomatiyaya çağırıb
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Ərəb ölkələri İsrail və Livan arasındakı atəşkəs qərarını alqışlayıblar
Türkiyənin XİN rəhbəri Hakan Fidan Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan və Tufan Ərhürman arasında görüş olub
ABŞ Kubaya mümkün hərbi əməliyyat planını sürətləndirir
Donald Tramp: “İranla atəşkəsin uzadılmasına ehtiyac olmadığını düşünürəm”
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib