SİYASƏT
1 dəqiqə oxuma
B.Netanyahu İranın ali dini lideri Müctəba Xameneini üstüörtülü şəkildə hədələdi
İranla müharibənin başlanmasından bəri ilk dəfə mətbuat konfransı keçirən İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni ali dini liderini üstüörtülü şəkildə hədələyib
B.Netanyahu İranın ali dini lideri Müctəba Xameneini üstüörtülü şəkildə hədələdi
B.Netanyahu İranın ali dini lideri Müctəba Xameneini üstüörtülü şəkildə hədələdi / AA
2 saat əvvəl

İranla müharibənin başlanmasından bəri ilk dəfə mətbuat konfransı keçirən İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni ali dini liderini üstüörtülü şəkildə hədələyib.

Netanyahu ABŞ və İsrailin birgə hava zərbələrindən sonra İranın hərbi qüdrətinin sarsıldığını bildirib. O, "İran artıq əvvəlki kimi güclü deyil" deyərək, İslam İnqilabı Keşikçiləri Korpusu və "Bəsic" qüvvələrinə sarsıdıcı zərbələr endirildiyini vurğulayıb.

Jurnalistlərin suallarını cavablandıran Benyamin Netanyahu Livanda Hizbullahı hədəf almağa davam edəcəklərini vurğulayıb.

B.Netanyahu İranın yeni ali lideri Müctəba Xamenei və "Hizbullah" rəhbəri Naim Qasım barəsində hansı addımların atılacağı ilə bağlı sualları cavablandırarkən konkret məlumat verməkdən yayınıb.

Netanyahu planları barədə məlumat verməyəcəyini, lakin İran və ‘‘Hizbullah’’ın artıq müharibədən əvvəlki kimi böyük təhlükə yaratmadığını qeyd edib.

O, həmçinin ABŞ Prezidenti Donald Trampla hər gün mütəmadi əlaqə saxladığını da xüsusi vurğulayıb.