SİYASƏT
2 dəqiqə oxuma
Emmanuel Makron: “Hörmüz boğazının hərbi yolla açılması qeyri-realdır''
Fransa prezidenti Emmanuel Makron Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə müsahibəsində ABŞ prezidenti Donald Trampın müttəfiqlərə ünvanladığı "Hörmüz boğazını yenidən açmaq" çağırışına münasibət bildirib
Emmanuel Makron: “Hörmüz boğazının hərbi yolla açılması qeyri-realdır''
Emmanuel Makron: “Hörmüz boğazının hərbi yolla açılması qeyri-realdır'' / Reuters

Fransa prezidenti Emmanuel Makron Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə müsahibəsində ABŞ prezidenti Donald Trampın müttəfiqlərə ünvanladığı "Hörmüz boğazını yenidən açmaq" çağırışına münasibət bildirib. Makron boğazın hərbi yolla açılması ideyasını real hesab etmədiyini və rəsmi Parisin belə bir hərbi əməliyyat seçimini dəstəkləmədiyini vurğulayıb. Emmanuel Makron qeyd edib ki, güc tətbiqi həm uzunmüddətli prosesdir, həm də ərazidən keçən gəmiləri İran İnqilab Keşikçiləri Korpusu və ballistik raketlərin birbaşa hədəfinə çevirir.

Emmanuel Macron bildirib ki, boğazda sərbəst naviqasiyanın bərpası üçün Avropa və digər tərəfdaşlarla koalisiya yaratmağa çalışır. Lakin o vurğulayıb ki, bu məqsədə yalnız rəsmi Tehranla dialoq və məsləhətləşmələr yolu ilə nail olmaq mümkündür. E.Makron boğazın qlobal enerji və ticarət üçün strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, problemin həlli üçün yeganə real yol diplomatiyadır.

Donald Trampın NATO müttəfiqlərini tənqid etməsi və ABŞ-ni alyansdan çıxarmaq hədələrinə də toxunan E.Makron Vaşinqtonun İsraillə birgə başladığı əməliyyatlara görə müttəfiqləri günahlandırmasını əsassız adlandırıb.

“Amerikalıların öz qərarları ilə həyata keçirdikləri bir əməliyyata görə dəstək almadıqlarından şikayət etmələri başadüşülən deyil. Bu, onların əməliyyatıdır, bizim yox. Bizim əsas məqsədimiz isə mümkün qədər tez sülhə nail olmaqdır’’,-deyə E.Makron qeyd edib.

Emmanuel Makron Donald Trampın həm onun, həm də xanımı Bricit Makronun ünvanına səsləndirdiyi kinayəli ifadələrə də cavab verib. Bu cür çıxışları "nə zərif, nə də etikaya uyğun" adlandıran Fransa prezidenti Trampın sözlərinin cavaba layiq olmadığını vurğulayıb.

Araşdırma
İran XİN rəhbəri Abbas Ərakçi:"Hazırda ABŞ ilə danışıqlar aparmırıq"
İran Hörmüz boğazının açılması üçün altı şərt irəli sürüb
M.Zaxarova: “NATO və Aİ beynəlxalq terrorizmin bir hissəsinə çevrilib”
İran Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlıq çağırışı edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində iki məscidi yandırıblar
İran Xəzər dənizində ticarət gəmisinə edilən hücumda Ukraynanı günahlandırır
K.J.Tokayev V.Putinə Ukrayna müharibəsini "İstanbul Formulu 2.0" çərçivəsində dondurmağı təklif edib
BMT Baş katibi 17 ildən sonra Dəməşqə səfər edib
İran XİN rəhbəri A.Əraqçi rusiyalı və pakistanlı həmkarları ilə görüş keçirib
Türkiyə dövləti “Məscidi Əqsa”ya edilən basqınla bağlı bəyanat yayıb
İran prezidenti M.Pezeşkian ölkədəki iqtisadi problemlərlə bağlı danışıb
Endi Bernem Böyük Britaniyanın yeni Baş naziri oldu
Türkmənistan Prezidenti S.Berdiməhəmmədov Gürcüstana rəsmi səfər edib
"Tramp Netanyahunun Türkiyəyə F-35 satışı təklifini tənqid etməsinə qəzəbləndi"
D. Peskov:"Ukrayna böhranın sülh yolu ilə həll edilməsini istəmir"
Suriya ABŞ-nin ölkəni "terroru dəstəkləyən ölkələr" siyahısından çıxarmasını alqışlayıb
İran ABŞ-yə sərt xəbərdarlıq etdi
Donald Tramp: "İranın hər hücumuna adekvat cavab veriləcək''
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub