SİYASƏT
2 dəqiqə oxuma
Əhməd əş-Şəraa yeni hökumətin yaradılmasını elan edib
Əhməd əş-Şəraa bildirib ki, yeni hökumət korrupsiyanın qurumlarımıza sızmasına heç vaxt imkan verməyəcək.
Əhməd əş-Şəraa yeni hökumətin yaradılmasını elan edib
31 mart 2025

Suriyanın yeni hökumətinin elan edilməsi üçün təşkil olunan mərasim Əhməd əş-Şəraanın hökumətin hesabatlılıq və şəffaflığa əsaslanan dövlət qurumlarını yenidən qurmağa çalışacağını vəd etməsi ilə başladı. Əhməd əş-Şəraa şənbə günü Dəməşqdəki Prezident İqamətgahında keçirilən mərasimdə deyib: "Ölkəmiz daha yaxşı gələcəyə doğru yolunda yeni tarixi dövrə qədəm qoyur. Biz yenidənqurma işləri ilə məşğul olacağıq və islahatlar keçirəcək quruculuq və dəyişiklik hökumətinin formalaşdırılmasını elan edirik. Bu hökumət təhsil və səhiyyə xidmətlərində yeni üfüqlər açmağa çalışacaq və biz korrupsiyanın qurumlarımıza sızmasına imkan verməyəcəyik. Hökumət dövlət qurumlarını hesabatlılıq və şəffaflıq əsasında yenidən quracaq."

Yeni hökumət 22 nazirdən ibarətdir, onlardan biri qadındır. Belə ki, Murhaf Əbu Kasra müdafiə naziri, Enes Hattab daxili işlər naziri, Əsəd əş-Şeybani xarici işlər naziri, Məzhar Əl-Veys ədliyyə naziri, Mərvan əl-Hələbi təhsil naziri, Hind Kabavat sosial işlər və əmək naziri və Məhəmməd Əbu əl-Xeyr Şükri vəqflər naziri, Həmzə Mustafa informasiya naziri, Yarub Bədr nəqliyyat naziri, Məhəmməd Eskaf inzibati inkişaf naziri, Mazen əl-Salhani turizm naziri, Məhəmməd Sameh Hamad gənclər və idman naziri, Məhəmməd Saleh mədəniyyət naziri, Mustafa Əbdül Razaq ictimai işlər və mənzil naziri vəzifəsini icra edəcək.

Təhsil Nazirliyinə Məhəmməd Əbdül Rəhman Türko rəhbərlik edəcək, Amcad Bədr isə kənd təsərrüfatı naziri təyin edilib. Əbdül Salam Haykal rabitə və informasiya texnologiyaları naziri, Raed əl-Saleh isə fövqəladə hallar və təbii fəlakətlərin idarə olunması naziri təyin olunub.

Bundan əlavə, Məhəmməd Ancerrani yerli idarəetmə naziri, Musab Nezzal əl-Əli səhiyyə naziri, Nidal əl-Şaar iqtisadiyyat naziri, Mohamed Yusr Barniye maliyyə naziri, Məhəmməd əl-Bəşir isə energetika naziri vəzifəsini icra edəcək.

“Anadolu” agentliyinin müxbirinin verdiyi məlumata görə, nazirlər and içərək vəzifələrinin icrasına başlayıblar.

MƏNBƏ:TRT Global
Araşdırma
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib