SİYASƏT
1 dəqiqə oxuma
Sudanda vəba xəstəliyi sürətlə yayılır
Sudan Səhiyyə Nazirliyi son bir həftə ərzində 1.210 yeni yoluxma və 36 ölüm hadisəsinin qeydə alındığını açıqlayıb
Sudanda vəba xəstəliyi sürətlə yayılır
Sudan / Reuters

Nazirliyin verdiyi məlumata əsasən, 2024-cü ilin avqust ayında başlayan epidemiya dövründən indiyədək ümumilikdə 102.831 nəfər vəba (xolera) xəstəliyinə yoluxub, 2.561 adam isə həyatını itirib. Rəsmi məlumatda bəzi əyalətlərdə yoluxmaların azaldığı, digərlərində isə artdığı bildirilsə də, konkret bölgələrin adları açıqlanmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 6-da yayımladığı bəyanatda Sudanın 18 əyalətinin hamısında vəba xəstəliyinə yoluxma hallarının təsdiqləndiyini açıqlamışdı.

Sudandakı bu səhiyyə böhranı, 2023-cü ilin aprelindən bəri ordu ilə üsyançı yarımhərbi Sürətli Dəstək Qüvvələri (RSF) arasında davam edən vətəndaş müharibəsinin fonunda baş verir. Davam edən qarşıdurmalar on minlərlə insanın ölümünə, milyonlarla şəxsin isə evsiz qalmasına səbəb olub.

MƏNBƏ:TRT
Araşdırma
Çin və ABŞ Rusiya ilə danışıqlarda nüvə tərksilahı məsələsini gündəmə gətirəcək
İran: Hörmüz boğazında 2 supertankerdə partlayışdan sonra yanğın baş verib
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
Prezident Rəcəb Tayyib Ərdoğan BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək