TÜRK DÜNYASI
2 dəqiqə oxuma
Qazaxıstanda strateji avtomobil yolunun tikintisinə start verildi
Qazaxıstan Aral gölü ilə Xəzər dənizi bölgələrini birləşdirəcək strateji avtomobil yolunun tikintisinə başlayıb
Qazaxıstanda strateji avtomobil yolunun tikintisinə start verildi
Qzaxıstanda strateji avtomobil yolunun tikintisinə start verildi

Qazaxıstanda Aral gölü ilə Xəzər dənizi bölgələrini bir-birinə bağlayacaq strateji əhəmiyyətli yeni avtomobil yolu layihəsi üçün təməlqoyma mərasimi keçirilib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev telekofrans vasitəsilə Qızılorda-Saqsaul, Ulqaysın-Saqsaul və Beyneu-Saqsaul avtomobil yolu layihələrinin təməlqoyma mərasiminə qoşulub.

Prezident K.J.Tokayev nəqliyyat və loqistika sektorunun Qazaxıstan iqtisadiyyatının böyüməsində vacib rol oynadığını bildirib. O, layihələr çərçivəsində Xəzər dənizi bölgəsindəki Beyneu ilə Aral gölü bölgəsindəki Saqsaulu bir-birinə bağlayacaq tamamilə yeni magistral yolun inşa ediləcəyini deyib.

Yeni magistral yolun 800 kilometr uzunluğunda olacağını qeyd edən K.J.Tokayev marşrutun yalnız ölkə daxilindəki nəqliyyat əlaqələrini gücləndirməklə kifayətlənməyəcəyini vurğulayıb. Bu yol, eyni zamanda, beynəlxalq daşımalar baxımından da strateji dəhlizə çevriləcək.

Ölkə başçısı K.J.Tokayev magistral yolun Çin sərhədindəki keçid məntəqələrini Xəzər sahilindəki Aktau və Qurıq limanlarına birbaşa birləşdirəcəyinə diqqət çəkib.

"Bu layihə sayəsində Çindən Avropaya edilən avtomobil yolu daşımaları təxminən 1000 kilometr qısalacaq. Çatdırılma müddəti isə üç günə qədər enəcək", - deyə K.J.Tokayev bildirib.

Beyneu-Saqsaul marşrutunun bu səbəbdən "Aral-Xəzər Magistral Yolu" adlandırılmasının en uyğun seçim olacağını qeyd edən K.J.Tokayev layihənin Qazaxıstanın Avrasiyadakı tranzit mövqeyini daha da gücləndirəcəyini dilə gətirib.

Yerli şirkətlərin iştirakı ilə reallaşdırılacaq layihələrin tikinti prosesində 10 mindən çox insan işlə təmin olunacaq. Prezident K.J.Tokayev avtomobil yollarının istifadəyə verilməsi ilə illik yükdaşıma həcminin 2,5 dəfə artaraq 13,2 milyon tona çatmasının gözlənildiyini bildirib.

K.J.Tokayev Aral hövzəsinin çöllərində inşa ediləcək yeni yolların indiyədək çıxılmaz vəziyyətdə olan marşrutları Avrasiyanın mühüm nəqliyyat qovşaqlarına çevirəcəyini vurğulayıb. O, layihələrin ən geci 2029-cu ilə qədər başa çatdırılmalı olduğunu bildirib.

MƏNBƏ:TRT
Araşdırma
ŞKTC-də gəminin aşması nəticəsində itkin düşən 20 nəfərin axtarışı davam edir
Prezident Ərdoğan: "Bütün dünyada sülh və sabitlik üçün çalışmağa davam edirik"
Azərbaycan Prezidenti Əliyev: "Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir"
ŞƏT Dövlət Başçıları Şurasının iclası Qırğızıstanın paytaxtı Bişkekdə başlayıb
Prezident Ərdoğan Qırğızıstana səfər edib
Ünal Üstel Girnə sahillərində baş verən gəmi qəzası ilə bağlı açıqlama verdi
Qazaxıstanda hökumət istefaya gedib
Özbəkistanın paytaxtı Daşkənddə "Azərbaycan" parkı salınacaq
Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb
Qazaxıstanda yeni konstitusiya çərçivəsində ilk parlament seçkiləri keçirilir
Türk Dünyasının arxeoloqları birgə tədqiqatlar və rəqəmsal irs üçün Macarıstanda bir araya gəliblər
Kürşad Zorlu Türkiyə-Macarıstan arasındakı münasibətlər haqqında danışıb
Türkiyədən və Qazaxıstandan olan müəllimlər Astanada bir araya gəldilər
Qazaxıstanda avqustun 23-də Qurultay seçkiləri keçiriləcək
Türkiyə ilə Qazaxıstan arasında 13 yeni saziş imzalanıb
Ərdoğan və Mirziyoyev iki ölkə arasındakı strateji tərəfdaşlığının inkişafını müzakirə ediblər
Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasında Türkiyəni təmsil edəcək
Türkiyə şirkətləri Qazaxıstanda keçirilən texnologiya sərgisində iştirak edib
Zəngəzur dəhlizi beş il ərzində şərq-qərb əlaqəsini gücləndirəcək
H.Fidan TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında iştirak edib