SİYASƏT
1 dəqiqə oxuma
Rusiya Ukraynanı terror aktı törətməkdə ittiham edib
Rusiya Xarici İşlər Nazirliyi martın 11-də Ukrayna ordusunun Bryansk şəhərinə təşkil etdiyi hücumu "terror aktı" adlandıraraq pisləyib
Rusiya Ukraynanı terror aktı törətməkdə ittiham edib
Rusiya Ukraynanı terror aktı törətməkdə ittiham edib / Reuters
2 saat əvvəl

Rusiya Xarici İşlər Nazirliyi martın 11-də Ukrayna ordusunun Bryansk şəhərinə təşkil etdiyi hücumu "terror aktı" adlandıraraq pisləyib.

Rəsmi Moskva hücumda istifadə edilən raketlərə görə Böyük Britaniyanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib.

Nazirliyin bəyanatında qeyd olunub ki, bu addım sülh səylərini sarsıtmaq və münaqişəni daha da gərginləşdirmək məqsədi daşıyır.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz hücum nəticəsində həlak olanların sayının 7 nəfərə çatdığını, daha 42 nəfərin isə yaralandığını bildirib.

Hücum zamanı hansı bölgənin hədəf alındığı dəqqi bildirilməyib.

Ukrayna tərəfi raket komponentləri istehsal edən strateji hərbi obyekti vurduğunu bildirsə də, rəsmi Moskva Kiyevi qəsdən mülki əhalini hədəf almaqda günahlandırır.