SİYASƏT
1 dəqiqə oxuma
Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması barədə yayılan xəbərləri təkzib edib
İran Prezidentinin oğlu və hökumət müşaviri Yusif Pezeşkian ölkənin yeni ali dini lideri Müctəba Xameneinin yaralanması ilə bağlı yayılan xəbərləri təkzib edərək onun sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib
Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması barədə yayılan xəbərləri təkzib edib
Yusif Pezeşkian Müctəba Xameneinin yaralanması barədə yayılan xəbərləri təkzib edib / Reuters
2 saat əvvəl

İran Prezidentinin oğlu və hökumət müşaviri Yusif Pezeşkian ölkənin yeni ali dini lideri Müctəba Xameneinin yaralanması ilə bağlı yayılan xəbərləri təkzib edərək onun sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

Pezeşkian "Telegram" kanalı vasitəsilə etdiyi paylaşımda yeni liderlə əlaqə saxlayan dostlarına istinadən Müctəba Xameneinin səhhətində heç bir problemin olmadığını vurğulayıb. Lakin bu açıqlama dövlət televiziyasının Xameneini "Ramazan müharibəsinin yaralı qazisi" adlandırmasından sonra gəlsə də, rəsmi media yaralanmanın təfərrüatları barədə məlumat verməyib.

"New York Times" qəzeti adı açıqlanmayan iranlı rəsmilərə istinadən yaydığı məlumatda liderin ayaq nahiyəsindən xəsarət aldığını, hazırda yüksək təhlükəsizlik şəraitində mühafizə olunduğunu iddia edib.

ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin təyinatına kəskin reaksiya verərək bunu "böyük səhv" adlandırıb.

Donald Tramp "Fox News"a müsahibəsində İranın bu qərarından məmnun olmadığını, ABŞ-ın təsdiqi olmadan yeni liderin uzun müddət hakimiyyətdə qala bilməyəcəyini bildirib.

Xatırladaq ki, 56 yaşlı Müctəba Xamenei fevralın 28-də ABŞ və İsrailin hücumları nəticəsində həlak olan Əli Xameneinin varisi kimi ölkənin yeni ali dini lideri seçilib. İctimaiyyət qarşısına nadir hallarda çıxan Müctəba Xamenei təyinatından sonra hələ də xalqa müraciət etməyib.

Araşdırma
İran ABŞ ilə "çox acı təcrübə"dən sonra müzakirələri rədd etdiyini bildirdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu:''Müharibənin nə vaxt bitəcəyinə Amerika qərar verə bilməz''
Rusiya və Çin davam edən müharibə fonunda İranın yeni lideri Müctəba Xameneiyə dəstək vəd ediblər
İran ABŞ və İsraillə əməkdaşlıq edənlərin əmlakını müsadirə edəcək
İranın yeni ali dini lideri Əli Xameneinin oğlu Müctəba Xamenei oldu
İsrail ordusu İranla ən azı bir aylıq müharibə ssenarisinə hazırlaşır
Ərəb Liqasının baş katibi İranın üzv ölkələrə hücumlarını qətiyyətlə pisləyib
Tramp: "ABŞ İrana məxsus çox sayda hərbi gəmini batırdı; raket qurğularının əksəriyyətini məhv etdi"
Rusiya və Ukrayna PUA hücumları ilə bir-birini hədəf aldı
B.Netanyahu:“İrana qarşı müharibəni bütün gücümüzlə davam etdirəcəyik”
İran prezidenti təslim olmayacaqlarını bildirdi, qonşu ölkələrdən üzr istədi
Çin Naxçıvana PUA hücumundan sonra tərəfləri təmkinli olmağa çağırıb
Ernest Urtasun: “Donald Trump ilə əlaqə qurmaq tamamilə faydasızdır''
Səudiyyə Ərəbistanı: "Şahzadə Sultan hava bazasına atılan 3 ballistik raket zərərsizləşdirilib''
İran Körfəzdə ABŞ-a məxsus neft tankerinə hücum etdiyini açıqlayıb
Azərbaycan Müdafiə Nazirliyi:"İranın hücumları cavabsız qalmayacaq"
İran dövləti 5 gündür davam edən müharibədə 500 ABŞ əsgərinin öldürüldüyünü iddia edir
BMT: “Qəzzada qadınlar humanitar faciə ilə üz-üzədir"
Abbas Əraqçi ABŞ-ı Şri-Lanka sahillərində vəhşilik törətməkdə ittiham edib
İndoneziyanın XİN rəhbəri Körfəz ölkələri ilə regional böhranı müzakirə edib