İDMAN
1 dəqiqə oxuma
İran milli komandasının media heyəti ABŞ vizası ala bilməyi üçün Dünya Çempionatına gedə bilmədi
Komanda viza probleminin turnir boyu xəbər və məlumat ötürülməsində gecikmələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib
İran milli komandasının media heyəti ABŞ vizası ala bilməyi üçün Dünya Çempionatına gedə bilmədi
FİFA Dünya Kuboku / Reuters

İranın Futbol üzrə milli komandası verdiyi açıqlamada media heyətinin iki üzvünün də 2026 FİFA Dünya Kuboku üçün ABŞ vizası ala bilməməsi səbəbindən onlarla birlikdə səfər edə bilmədiyini bildirib.

Komandanın media departamenti mövcud vəziyyətin iki rəsminin milli komandanı müşayiət etməsinə mane olduğunu və turnir boyu kommunikasiyanı poza biləcəyini açıqlayıb.

Açıqlamada "İran Milli Komandasının media heyətinin iki üzvü də hələ ki ABŞ vizası ala bilmədiyi üçün hazırda komanda ilə birlikdə səfər edə bilmir" deyilib.

Media heyəti viza probleminin turnir müddətində komanda haqqındakı xəbər və məlumatların ötürülməsində gecikmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Departament yaşanan axsaqlığa görə üzr istəyib və jurnalistlərə həmçinin həmkarlarına səbirləri və anlayışları üçün təşəkkür edib.

Açıqlamada "Bu gözlənilməz vəziyyətə görə indidən səmimi qəlbdən üzr istəyirik və anlayışınız, eləcə də səbriniz üçün təşəkkür edirik" deyilib.