Əhməd Şaraa : "Hazırda İsrail ilə normallaşma danışıqlarından söhbət gedə bilməz"
Suriya prezidenti Əhməd Şaraa ölkəsinin İsraillə vəziyyətinin Abraham müqavilələrini imzalayan ölkələrin vəziyyətindən fərqli olduğunu, çünki...
Suriya prezidenti Əhməd Şaraa ölkəsinin İsraillə vəziyyətinin Abraham müqavilələrini imzalayan ölkələrin vəziyyətindən fərqli olduğunu, çünki rəsmi Təl-Əvivin Qolan təpələrini qanunsuz olaraq işğal etməyə davam etdiyini bildirib.
Suriya prezidenti Şaraa ABŞ prezidenti Donald Trampın Abraham müqavilələrini bərpa etmək səyləri fonunda münasibətləri normallaşdırmaq üçün İsraillə birbaşa danışıqları hələlik istisna edib.
Suriyanın dövlət başçısı açıq şəkildə İsrailin Suriyanın Qolan təpələrini işğal etməsinə işarə edərək, Dəməşqin üzləşdiyi şərtlərin digər imza atan dövlətlərin vəziyyətindən fərqli olduğunu bildirib.
İsrail isə 2024-cü ildə Əsəd rejiminin süqutundan sonra Qolan təpələrini işğalını əhəmiyyətli dərəcədə genişləndirib.
"Fox News" telekanalına verdiyi müsahibədə Şaraa deyib: "Düşünürəm ki, Suriyanın vəziyyəti Abraham müqavilələrini imzalayan ölkələrin vəziyyətindən fərqlidir. Suriya İsraillə həmsərhəddir və İsrail 1967-ci ildən bəri Qolan təpələrini işğal edib. Hazırda birbaşa danışıqlar aparmayacağıq. Bəlkə də ABŞ administrasiyası və prezident Tramp bizə bu cür danışıqlara nail olmağa kömək edəcək".
Qeyd edək ki, Abraham müqavilələri Trampın birinci dövründə İsrail və əksəriyyəti müsəlman ölkə arasında münasibətlərin normallaşdırılmasını hədəfləyən ABŞ tərəfindən dəstəklənən müqavilələrdir.
Tramp əvvəllər Səudiyyə Ərəbistanının Suriya ilə birlikdə normallaşdırma sazişlərinə qoşulacağına dair nikbinliyini bildirmişdi.
DEAŞ-a qarşı koalisiya
Suriyanın qlobal anti-DEAŞ koalisiyasına qoşulma ehtimalı ilə bağlı suala Şaraa cavab olaraq deyib ki, ABŞ-ın Suriyada hərbi mövcudluğunun davam etdirilməsi üçün səbəblər var, lakin hazırda bunun Suriya hökuməti ilə inteqrasiyada olması lazımdır. Bu məsələləri müzakirə etməliyik. DEAŞ haqqında danışmalı və razılığa gəlməliyik.
Digər tərəfdən, Suriyanın informasiya naziri Həmzə əl-Mustafa Suriyanın DEAŞ-ı Məğlub Etmək üzrə Qlobal Koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzaladığını açıqlayıb və "X" platformasında "Saziş siyasi xarakter daşıyır və hələlik heç bir hərbi xüsusiyyət ehtiva etmir" yazısını paylaşıb.