TÜRK DÜNYASI
1 dəqiqə oxuma
Yaşar Güler Zakir Həsənov və İrakli Çikovani ilə görüşüb
Türkiyə-Azərbaycan-Gürcüstanın müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü Şuşa şəhərində keçirilir
Yaşar Güler  Zakir Həsənov və İrakli Çikovani ilə görüşüb
Milli müdafiə naziri Gülər, Gürcüstan Baş nazirinin müavini və müdafiə naziri Çikovani ilə görüşüb

Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında görüş olub.

Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub.

İki qardaş ölkə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb.

Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən "Birliyin Gücü-2026" birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, tərəfdaşlığımızın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.

İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.

Nazir Yaşar Güler Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə də görüş keçirib.