TÜRKİYƏ
4 dəqiqə oxuma
Bir sıra ölkələr hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib
Noyabrın 11-də Türkiyə Müdafiə Nazirliyi hərbi yük təyyarəsinin Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğradığını açıqlayıb
Bir sıra ölkələr hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib
Bir sıra ölkələr hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı verib
12 noyabr 2025

Bir sıra ölkə və liderlər 20 hərbçini daşıyan Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı Türkiyəyə başsağlığı veriblər.

Noyabrın 11-də Türkiyə Müdafiə Nazirliyi hərbi yük təyyarəsinin Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğradığını açıqlayıb. Nazirliyin məlumatında bu ifadələrə yer verilib: "Azərbaycandan ölkəmizə yola düşən “C-130” tipli hərbi yük təyyarəsi Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayıb.”

Amerika Birləşmiş Ştatları

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barak Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı kədərini ifadə edib.
Barak həlak olan hərbçilərin ailələrinə və Türkiyə xalqına başsağlığı verərək deyib:
"Amerika Birləşmiş Ştatları türk müttəfiqlərimizlə həmrəydir’’.

Qətər

Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani Prezident Rəcəb Tayyib Ərdoğana qəzada həyatını itirənlərlə bağlı başsağlığı verib və Türkiyə xalqı ilə həmrəy olduqlarını bildirib.

İordaniya

İordaniya Xarici İşlər Nazirliyi Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla əlaqədar Türkiyə hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.
Nazirliyin sözçüsü Fuad Məcalı İordaniyanın Türkiyə ilə tam həmrəy olduğunu bildirib və həlak olanların ailələrinə dəstəyini ifadə edib.

Şimali Kipr Türk Respublikası (ŞKTR)

ŞKTR Prezidenti Tufan Ərhürman hadisə ilə bağlı kədərini ifadə edərək, həlak olanların ailələrinə, yaxınlarına və Türkiyə xalqına başsağlığı verib.
Baş nazir Ünal Üstel və xarici işlər naziri Tahsin Ərtuğruloğlu da Türkiyəyə başsağlığı verərək Kiprdəki türklərin Türkiyə ilə həmrəy olduğunu və həlak olan əsgərlər üçün dua etdiklərini bildiriblər.

Pakistan

Pakistanın Baş naziri Şahbaz Şərif rəsmi “X” səhifəsindəki paylaşımında Türkiyə hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı kədərini ifadə edib:
"Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə və bütün türk qardaşlarımıza dərin hüznlə başsağlığı verirəm. Bu matəm anında düşüncələrimiz və dualarımız onlarladır’’.

Pakistan Xarici İşlər Nazirliyi də bəyan edib ki, Pakistan bu ağır gündə türk qardaşları və bacıları ilə həmrəydir.

Əfqanıstan

Əfqanıstan Xarici İşlər Nazirliyi Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı kədərləndiyini bildirib.
Rəsmi Kabil Türkiyə hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verərək, bu çətin günlərdə Türkiyənin yanında olduğunu bəyan edib.

Qazaxıstan

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident Rəcəb Tayyib Ərdoğana, türk xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

NATO

NATO-nun Baş katibi Mark Rutte rəsmi “X” səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:"Müttəfiqimiz Türkiyəyə və hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk".

O, həmçinin Türkiyə Silahlı Qüvvələrinə və alyansın hərbi personalına təhlükəsizliyin təmin olunması istiqamətində göstərdikləri səylərə görə minnətdarlığını ifadə edib.

İtaliya

İtaliyanın xarici işlər naziri Antonio Tajani də Türkiyə ilə həmrəy olduğunu bildirib.
O, rəsmi “X” səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib:
"Azərbaycandan Türkiyəyə gedən “C-130” tipli hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə, Türkiyə xalqına, hakimiyyətinə və silahlı qüvvələrinə başsağlığı veririk’’.

Estoniya

Estoniya Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Nazirliyin bəyanatında qeyd olunub ki, Estoniya bu çətin gündə Türkiyə ilə həmrəydir. Bəyanatda təyyarə ekipajının ailələrinə dərin hüznlə başsağlığı verilib.

Litva

Litva Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğraması ilə bağlı kədərini ifadə edib. Nazirlik bəyan edib ki, Litva bu çətin dövrdə müttəfiqi Türkiyə ilə həmrəydir. Bəyanatda həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verilib.

Rumıniya

Rumıniya Xarici İşlər Nazirliyi Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğraması ilə bağlı başsağlığı mesajı yayıb.
Bəyanatda bu ifadələrə yer verilib: “Rumıniya Türkiyə hökumətinə, xalqına və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Bu çətin anlarda türk dostlarımızla həmrəyik’’.

Malta

Maltanın xarici işlər naziri Yan Borq Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə əlaqədar kədərini ifadə edib. Nazir həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və Türkiyə xalqı ilə həmrəy olduğunu ifadə edib.

Kosovo

Kosovo Prezidenti Vjosa Osmani də hərbi təyyarənin qəzaya uğraması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə Silahlı Qüvvələrinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib. O, Türkiyə ilə həmrəy olduqlarını vurğulayıb.

Yaponiya, Fransa, Rusiya, Hollandiya, Yunanıstan, Almaniya və Ukrayna da daxil olmaqla bir sıra digər ölkələr də Ankaradakı diplomatik nümayəndəlikləri vasitəsilə hadisə ilə bağlı kədərləndiklərini bildirərək Türkiyəyə başsağlığı veriblər.

Araşdırma
H.Fidan: "Türkiyə Qəzzada məsuliyyət götürməyə hazırdır"
R.T.Ərdoğan İstanbulda Şule Yüksəl Şənlər və Malkolm X-a həsr olunmuş sərginin açılışını edib
Hakan Fidan: “Kiprdəki türklərin yanında olmağa davam edəcəyik”
R.T.Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 42-ci ildönümü münasibətilə paylaşım edib
Təyyarə qəzasında şəhid olan əsgərlərlə vida mərasimi keçirilib
İbrahim Yumaklı Xorvatiyada qəzaya uğrayan yanğınsöndürmə təyyarəsi ilə bağlı paylaşım etdi
Türkiyə Hindistandakı bəzi media orqanlarının yaydığı xəbərlərə münasibət bildirib
Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Gürcüstanda Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçi şəhid olub
Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb
Hakan Fidan ABŞ rəsmiləri ilə mühüm görüşlər keçirib
Ərdoğan: "Türkiyəni gücləndirmək Atatürkün irsinə hörmət etmək deməkdir"
Türkiyə Cümhuriyyətin banisi Atatürkü vəfatının 87-ci ildönümündə anır
İstanbulda "Qəzzanın gələcəyi" beynəlxalq sammiti keçiriləcək
Türkiyədə kiber-casusluqla mübarizə əməliyyatında iki şübhəli şəxs saxlanılıb
Ərdoğan və Dibeybe ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər
Böyük Britaniyanın Ankaradakı səfiri: "Türkiyənin Suriyadakı hadisələrdəki rolu çox kritikdir"
Türkiyə BMT TŞ-nin Suriya Prezidenti və DİN rəhbərini sanksiya siyahısından çıxarmasını alqışladı
Türkiyə Qəzzada humanitar yardımın kifayət səviyyədə olmadığını bildirdi
Türkiyənin XİN rəhbəri Hakan Fidan Finlandiyaya səfər edib