TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Dövlət başçısı R.T.Ərdoğan ölkəsinin müdafiə sənayesində "inqilab" reallaşdırdığını bildirib
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib / AA

Dünyanın ən böyük aviasiya, kosmonavtika və texnologiya festivalı olan TEKNOFEST-də iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesindəki uğurlarını davam etdirdiyini və bu sektorda "tam bir inqilaba imza atdığını" deyib.

Şanlıurfada təşkil edilən "TEKNOFEST Cənub-Şərq" festivalında çıxış edən ölkə başçısı R.T.Ərdoğan mövcud uğurların daha da irəliyə aparılacağını vurğulayıb.

Prezident R.T.Ərdoğan çıxışında deyib: "Türkiyə olaraq müdafiə sənayesindəki uğurlarımızı davam etdiririk. Bu sahədə tam bir inqilaba imza atırıq". Prezident bildirib ki, Müdafiə Sənayesi İdarəsini (SSB) koordinasiyası ilə hava, quru, dəniz və kosmos sahələrində layihələr icra olunur. Bu fəaliyyətlərə 4.500-dən çox şirkət və 100 mindən artıq əməkdaş cəlb edilib.

Dövlət rəhbəri R.T.Ərdoğan qeyd edib ki, yerli və milli imkanlarla hazırlanan müdafiə məhsulları, proqram təminatları, platformalar və avadanlıqlar Türkiyə Silahlı Qüvvələrinin və təhlükəsizlik qurumlarının silah-sursat avadanlıqlarına daxil edilib. O, həmçinin vurğulayıb ki, Türkiyə müraciət olduğu təqdirdə dost və müttəfiq ölkələrin də müdafiə ehtiyaclarını ödəyir.

Türkiyənin dostlarının güclənməsini öz gücünün artması kimi qiymətləndirdiyini bildirən R.T.Ərdoğan yeni hədəflərini açıqlayıb. O deyib ki, məqsəd yeni rekordlar, yüksək rəqabət qabiliyyəti və əlavə dəyərə malik platformalarla müdafiə sənayesindəki mövqeyi daha da möhkəmləndirməkdir.

Prezident R.T.Ərdoğan diqqətə çatdırıb ki, bir vaxtlar müdafiə sənayesində 80 faiz xaricdən asılı olan Türkiyə bu gün dünyanın 11-ci ən böyük müdafiə sənayesi ixracatçısına çevrilib.

Prezident həmçinin bildirib ki, Türkiyə təkcə avqust ayında 511,4 milyon dollar dəyərində müdafiə və aviasiya məhsulu ixrac edib. Yanvar-avqust dövründə isə müdafiə və aviasiya sahəsindəki ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq 6,3 milyard dollara çatıb.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə yeni rekordlar qıraraq və rəqabət qabiliyyəti yüksək, əlavə dəyər yaradan yeni platformalar istehsal edərək müdafiə sənayesindəki uğurlarını daha da irəli aparacaq.

TEKNOFEST-in minillik elm və mədəniyyət irsinə sahib Şanlıurfada keçirilməsinin rəmzi məna kəsb etdiyini deyən R.T.Ərdoğan bu şəhərin təbabət, riyaziyyat, astronomiya, həndəsə, fizika və fəlsəfə sahələrində vacib şəxsiyyətlər yetişdirdiyini xatırladıb.

Ölkə başçısı R.T.Ərdoğan bu kontekstdə Bəttani, Sinan bin Sabit, İbn Vasif əl-Hərrani və Yunus əl-Hərrani kimi alimlərlə yanaşı, Göbəklitəpənin də əhəmiyyətini xüsusi qeyd edib.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir
B.Duran türk dilinin böyük bir mədəniyyət irsi daşıdığını bildirib
Prezident R.T.Ərdoğan 26 sentyabr Türk Dili Günü münasibətilə təbrik mesajı yayımlayıb
Prezident R.T.Ərdoğan “Newsweek” jurnalına müsahibə verib
Səudiyyə Ərəbistanı Hərbi Dəniz Qüvvələrinin kursantları "Baykar" şirkətində təlimləri başa vurublar
Hakan Fidan Pakistan və Səudiyyə Ərəbistanının XİN rəhbərləri ilə görüşüb
Türkiyə hərbi təlim zamanı həyatını itirən hərbçilərlə əlaqədar Qazaxıstana başsağlığı verib
Netanyahunun iddialarına BMT-də cavab: "Heç bir təbliğat həqiqəti silə bilməz"
MMN: Yunanıstan sülhə və sabitliyə zərər verə bilən fəaliyyətlərdən çəkinməlidir
Prezident R.T. Ərdoğan Türkiyə-ABŞ Biznes Şurasının iclasında çıxış edib
Prezident Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydini qəbul edib