İDMAN
1 dəqiqə oxuma
Qətər-Fələstin milli yığmalarının qarşılaşmasında gözlənilməz nəticə əldə edilib
FİFA Ərəb Kuboku turniri çərçivəsində keçirilən oyunda, matçın taleyi son saniyələrdə həll olunub
Qətər-Fələstin milli yığmalarının qarşılaşmasında gözlənilməz nəticə əldə edilib
Qətər-Fələstin milli yığmalarının qarşılaşmasında gözlənilməz nəticə alınıb / Reuters

FİFA Ərəb Kuboku turniri çərçivəsində Fələstin futbol millisi Qətərin əl-Xaur şəhərində ev sahibi Qətər yığmnasının qonağı olub.

95-ci dəqiqədə Sultan əl-Brakenin topu öz qapısına göndərərək avtoqol etməsi Fələstin yığmasına üç xal qazandırıb.

Ev sahibi komandanın “Əl-Bayt” Stadionunu dolduran həyəcanlı azarkeşlər Qətər millisinin son saniyədəki məğlubiyyətinə məyus olublar. Oyunda Fələstin millisi müdafiə strategiyası ilə oyun apardığı üçün, Qətər millisi real qol imkanları yaratmaqda çətinlik çəkib.

İlk hissənin gərgin keçməsindən sonra, Mixael Termaninin Əkram Afifi cərimə meydançasında yıxması epizodunda qətərli oyunçular penalti tələb etsə də, hakim oyunun davam etməsinə qərar verdi.

Matçın sonunda Fələstin yığmasının pressinqi əlavə vaxtın son saniyələrində nəticə verib. Belə ki, Məhəmməd Salehin cərimə meydançasına endirdiyi baş zərbəsi Sultan əl-Brake tərəfindən öz qapısına yönləndirilib. Bu qoldan sonra “Əl-Bayt” tribunalarında sükut və məyusluq yaranıb. Fələstinin 0-1 hesabıyla qalibiyəti turnirin son illərdəki ən böyük sürprizlərindən birinə çevrilib.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə millisi Almaniyaya qarşı 3-1 qələbə qazandı
Dieqo Maradonanın "Tanrının əli" topu hərracda 3,35 milyon dollara satıldı
Kristiano Ronaldo futbolu buraxır?
İranlı qadın futbolçular sığınacaq tələbindən sonra Avstraliya vətəndaşı oldular
Məhəmməd Salah artıq "Trabzonspor" üçün qol vuracaq
Türkiyənin qadınlardan ibarət voleybol millisi Millətlər Liqasında ikinci dəfə çempion oldu
İspaniya millisi FIFA reytinqində zirvəyə yüksəldi
Fransa İsveçi məğlub edərək 1/8 finala yüksələn növbəti komanda oldu
Türkiyə millisi 2026 FİFA Dünya Çempionatı turnirində sonuncu matçına çıxdı
Türkiyə FIBA 2027 Dünya Kubokunun seçmə mərhələsində liderliyini qoruyur
İran milli komandasının media heyəti ABŞ vizası ala bilməyi üçün Dünya Çempionatına gedə bilmədi
Dünya çempionatı Meksikanın qələbəsi və rəsmi açılış mərasimi ilə start götürdü
Türkiyə millisi DÇ ərəfəsində Floridada ilk məşqinə çıxdı
FIFA Dünya Çempionatında 48 ölkədən 1248 futbolçu iştirak edəcək
Türkiyə millisi artıq ABŞ-dədir
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Arda Güler UEFA Çempionlar Liqasında mövsümün debütantı seçilib
PSJ-nin Çempionlar Liqası qalibiyyətindən sonra iğtişaşlar baş verib
İran futbol komandası Dünya Kuboku üçün Türkiyədəki ABŞ nümayəndəliyinə viza üçün müraciət edib
UEFA prezidenti Türkiyənin böyük final matçlarına ev sahibliyi etmək bacarığını tərifləyib