TÜRKİYƏ
2 dəqiqə oxuma
Antalyada böyük görüş, NATO-nun xarici işlər nazirləri bir araya gələcək
NATO alyansının əsas prioritetləri və iyun ayında keçiriləcək liderlər zirvəsinə hazırlıqlar bu qeyri-rəsmi görüşün ən vacib gündəm mövzuları sırasındadır
Antalyada böyük görüş, NATO-nun xarici işlər nazirləri bir araya gələcək
Fidan is expected to stress the importance of reinforcing NATO's unity and deterrent capacity / AA

NATO-nun xarici işlər nazirləri 14–15 may tarixlərində Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Antalyada keçiriləcək qeyri-rəsmi toplantıda (NATO iFMM) bir araya gələcəklər.

Diplomatik mənbələrin verdiyi məlumata görə, NATO-nun 32 üzv ölkəsindən nümayəndələrin iştirakı gözlənilən bu görüş, 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO liderlər zirvəsi öncəsi əlavə məsləhətləşmələr üçün imkan yaradacaq.

14 may axşamı xarici işlər nazirləri, NATO-nun Baş katibi Mark Rutte və digər yüksək vəzifəli rəsmilər Fidanın ev sahibliyi ilə təşkil olunacaq tədbirdə iştirak edəcəklər.

15 may səhəri isə Şimali Atlantika Şurasının qeyri-rəsmi iclası keçiriləcək və nazirlər, əsas mövzularla yanaşı yaxınlaşmaqda olan NATO zirvəsində qəbul edilə biləcək qərarlar ətrafında fikir mübadiləsi aparacaqlar.

Alyans daxilində yükün paylaşdırılmasının yenidən tənzimlənməsi və Avropanın təhlükəsizlik gələcəyinin formalaşdırılması əsas müzakirə mövzularından biri olacaq.

H. Fidanın NATO-nun birliyinin və çəkindiricilik qabiliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulaması və Avropa-Atlantik təhlükəsizliyində qurucu rolun aşınmasına qarşı xəbərdarlıq etməsi gözlənilir.

Terrorla mübarizədə həmrəylik ehtiyacı

Fidan eyni zamanda Türkiyənin müdafiə sahəsindəki sərmayələrini və alyansa verdiyi töhfələri daha da artırmaqda qərarlı olduğunu vurğulayacaq və NATO-nun ümumi daxili məhsulun 2 faiz hədəfini Türkiyənin artıq aşdığını qeyd edəcək.

Türkiyənin xarici işlər nazirinin müdafiə sənayesində əməkdaşlığa qarşı bütün maneələrin aradan qaldırılması çağırışı etməsi və terrorla mübarizədə real həmrəylik ehtiyacını vurğulaması gözlənilir. Bundan əlavə, H. Fidan Türkiyənin qonşu bölgələrdə və Orta Şərqdə sülh və sabitliyə verdiyi dəstəyi bir daha ifadə edəcək.

Görüş çərçivəsində Fidanın həmkarları ilə bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Qeyd edik ki, 70 ildən artıqdır NATO üzvü olan Türkiyə alyansın müdafiə təminatında mərkəzi rol oynayır.

Türkiyə həm də NATO Quru Qoşunları Komandanlığına (LANDCOM) ev sahibliyi edir.

NATO-nun komanda və qüvvə strukturlarına ən çox töhfə verən ölkələr arasında yer alan Türkiyə alyansın missiyalarına və əməliyyatlarına daim dəstək göstərir.

MƏNBƏ:TRT Global
Araşdırma
NATO-nun "Ön qapı" təşəbbüsü Türkiyə ilə müdafiə əməkdaşlığının gücləndirilməsinə imkan yaradır
ASEAN Türkiyəyə Dialoq Tərəfdaşı statusu verdi
Türkiyə: "Biz 90 ildir ki, Montrö boğazlar konvensiyasını diqqətlə tətbiq edirik"
H.Fidan ABŞ və İran arasında razılaşmanın bərpa edilməsi ilə bağlı çağırış edib
Egey dənizində 39 qeyri-qanuni miqrant saxlanılıb, 8 nəfər xilas edilib
Yunanıstandan Anadoluda türklərə qarşı törədilən qətliamla bağlı etiraf
Türkiyənin xarici işlər naziri H.Fidan Qətərə səfər edəcək
Malatyanın Battalqazi rayonunda 5 bal gücündə zəlzələ baş verib
15 iyuldan sonrakı xarici siyasət və Türkiyənin gələcəklə bağlı planı
Hakan Fidan: "Ukraynaya çox məhsuldar səfərimiz oldu"
15 iyuldan sonra enerji siyasətləri
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib
İ.Əliyev həmkarı R.T.Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb
Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar
Rəcəb Tayyib Ərdoğan: "Xalqımız ölkəmizə qarşı qurulan bütün oyunları puça çıxardı"
Türkiyə Polis İdarəsi 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə videoçarx hazırlayıb
Türkiyə Səudiyyə Ərəbistanına edilən raket hücumuna reaksiya göstərib
15 iyul 2016-cı ildə nələr baş verdi?
Hakan Fidan Ukrayna üzrə “Könüllülər koalisiyası”nın sammitinə qatılıb
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edəcək