TÜRKİYƏ
2 dəqiqə oxuma
V.Zelenski Prezident R.T.Ərdoğanla görüşmək üçün İstanbula səfər edib
Kiyev rəhbərliyi Rusiya tərəfinə müvəqqəti atəşkəs üçün çağırış edib
V.Zelenski Prezident R.T.Ərdoğanla görüşmək üçün İstanbula səfər edib
Bu arxiv fotosunda, Zelenski 2024-cü il martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbulda, Türkiyədə gəlib. / AA

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün İstanbula səfər edib. Ukrayna ölkə başçısı bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər insanların həyatının qorunmasına, sabitliyin möhkəmləndirilməsinə və Avropa ilə Yaxın Şərqdə təhlükəsizliyin artırılmasına yönələcək. O, həmçinin Türkiyə ilə əməkdaşlığın gücləndirilməsinin hədəfləndiyini qeyd edib.

V.Zelenski görüşdən əvvəl verdiyi açıqlamada keçiriləcək danışıqların əsas diqqət mərkəzində insanların qorunması, regional sabitliyin gücləndirilməsi və təhlükəsizlik məsələləri olacağını bildirib.

Qeyd edək ki, sözü gedən səfər Prezident R.T.Ərdoğanın bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi görüşdən sonra baş tutub. V.Putin rəsmi Kiyevi Rusiya ilə Türkiyə arasında uzanan və Avropaya qaz nəql edən boru kəmərini hədəf almağa cəhd etməkdə ittiham edib.

Bildirilir ki, tərəflər arasında görüş İstanbulda Dolmabağça Sarayında baş tutur. Bu saray daha əvvəl Rusiya və Ukrayna arasında keçirilən danışıqlara da ev sahibliyi edib.

 

Atəşkəs axtarışı

V.Zelenskinin səfər çərçivəsində pravoslav dünyasının ruhani liderlərindən olan Fənər Rum Patriarxı Bartolomeos ilə də görüşəcəyi gözlənilir. Səfər Ukrayna və Rusiyada 12 aprel tarixində qeyd olunacaq pravoslav Pasxası ərəfəsinə təsadüf edir.

Kiyev rəhbərliyi Pasxa dövründə enerji infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan müvəqqəti atəşkəs üçün çağırış edib. Rusiya isə qısamüddətli atəşkəsə müsbət yanaşmadığını bildirərək rəsmi Kiyevdən konkret təklif almadığını açıqlayıb.

Dörd ildən artıqdır davam edən müharibə şəraitində Ukrayna Rusiyanın hərbi potensialını zəiflətmək məqsədilə enerji infrastrukturunu hədəf alır. Rusiyanın Ukraynadakı enerji obyektlərinə hücumları isə milyonlarla insanın elektrik və istilik xidmətlərinə çıxışını məhdudlaşdırıb.

MƏNBƏ:TRT
Araşdırma
Hakan Fidan Liviyaya rəsmi səfər edəcək
Rəcəb Tayyib Ərdoğan və Kristian Stoker birgə mətbuat konfransında çıxış ediblər
Türkiyə Kolumbiyaya başsağlığı verdi
TEKNOFEST-in dron müsabiqəsi Türkiyənin Şırnak şəhərində başladı
Hakan Fidan fransız və alman həmkarları ilə danışıqlar aparıb
TBMM Ədalət Komissiyası "Milli Həmrəylik" qanun layihəsini qəbul etdi
Hakan Fidan: "Məkkə sazişi birgə müdafiəni təmin edir, müəyyən hədəf və ya düşmən yoxdur"
Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə müqaviləsi "heç bir ölkəni hədəf almır"
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə müqaviləsi imzalanıb
Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir
Türkiyə Qara dənizdə hücuma məruz qalan vətəndaşlarının vəziyyəti ilə maraqlandığını bildirib
Prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi M.Salman ilə telefon danışığı keçirib
İbrahim Kalın “Həmas” rəhbərliyi ilə görüş keçirib
Türkiyənin F-16 qırıcıları Estoniyada NATO missiyasına başladı
15 iyul çevriliş cəhdi zamanı Prezident R.T.Ərdoğana sui-qəsd etməyə çalışan FETÖ üzvü saxlanılıb
Yunus Emre İnstitutu (YEE) beynəlxalq tanınırlığa malik Türk Dili Yetərlilik İmtahanı (TYS) keçirir
Prezident R.T.Ərdoğan Livan Prezidenti C.Aunu qəbul edib
“Sabiha Gökçen” hava limanı sərnişin artımına görə Avropanın nəhəng hava limanları geridə qoydu
TİKA Kərkükdəki Altunkörpü Şəhidliyində bərpa işlərinə başlayıb
Türkiyə dövləti qlobal humanitar yardım fəaliyyəti çərçivəsində 85 ölkəyə kömək göndərib