SİYASƏT
2 dəqiqə oxuma
Türkiyə: Knessetin İordan çayının qərb sahilini ilhaq etmək qərarı etibarsızdır
Xarici İşlər Nazirliyi bu addımı qeyri-qanuni və təxribat cəhdi kimi pisləyib və iddia edib ki, Netanyahu öz hakimiyyətini davam etdirmək üçün regional böhranları qızışdırır
Türkiyə: Knessetin İordan çayının qərb sahilini ilhaq etmək qərarı etibarsızdır
XİN / TRT World and Agencies

Türkiyə Xarici İşlər Nazirliyi bu addımı qeyri-qanuni və təxribat cəhdi kimi pisləyib və iddia edib ki, Netanyahu öz hakimiyyətini davam etdirmək üçün regional böhranları qızışdırır.

Türkiyə Knessetin işğal altındakı İordan çayının qərb sahilinin ilhaqına dair qərarını rədd edərək, onu beynəlxalq hüquqa əsasən “etibarsız” elan edib və bunun regional sabitliyə ciddi təhlükə yaratdığını vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında "İordan çayının qərb sahili Fələstin ərazisidir və 1967-ci ildən İsrailin işğalı altındadır. İsrailin ilhaq etmək cəhdi qeyri-qanuni və təxribatdır, sülh səylərini pozmaqdır" deyilib.

Nazirlik bəyanatında həmçinin bildirilib ki, Netanyahu hökumətinin zorakı siyasət və qanunsuz hərəkətlərlə hakimiyyətdə qalmaq səyləri hər gün yeni böhranlara səbəb olur və beynəlxalq nizama və regional təhlükəsizliyə ciddi təhdid yaradır.

Nazirlik beynəlxalq ictimaiyyəti təcili və məcburi addımlar atmağa çağıraraq, "Soyqırım törədən İsrailin təcavüzünə qarşı təxirə salınmadan məcburi və çəkindirici tədbirlər görülməli, beynəlxalq sistemin hüquqi və mənəvi öhdəlikləri effektiv şəkildə yerinə yetirilməlidir" ifadəsini işlədib.

Qeyd edək ki, İsrail 1967-ci il Yaxın Şərq müharibəsindən bəri İordan çayının qərb sahilini işğal edib.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin sonunda İsrailin Qəzzaya son hərbi hücumundan bu yana, işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri və qeyri-qanuni məskunlaşanlar tərəfindən təxminən 1000 fələstinli həlak olub, 7000-dən çox fələstinli yaralanıb.

Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ilin iyul ayında verdiyi tarixi qərarda İsrailin Fələstin ərazilərini işğal etməsinin qeyri-qanuni olduğu bildirilib və işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki bütün yaşayış məntəqələrinin boşaldılması çağırışı edilib.

Araşdırma
Pezeşkian: "ABŞ və İsrailin İrana qarşı hücumları 1,5 milyon ton CO2 emissiyasına səbəb olub"
İran BMT və BAEA-nı ABŞ-nin nüvə proqramı ilə bağlı 20 milyon dollarlıq təklifini pisləməyə çağırıb
BMT Baş katibi Antonio Quterreş COP31-də ölkələri "İqlim Ədaləti Sazişi"ni qəbul etməyə çağırıb
Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün keçirilən üçtərəfli danışıqların ikinci günü başladı
"TRT-nin 18-ci Beynəlxalq Sənədli Film Mükafatları" üçün müraciətlərin qəbuluna başlanılıb
Avropa İttifaqı Şurası ilə Avropa Parlamenti İttifaqın 2027-ci il büdcəsi üzrə razılığa gəlib
Portuqaliya XİN Mark Ruttenin açıqlamasına reaksiya göstərib
İsraildəki Birgə Ərəb Siyahısı: Netanyahu tam histeriya içindədir, bəyanatları dəlilik, irqçilikdir
200-dən çox ölkənin nümayəndəsi Antalyada keçirilən COP31 sammitində bir araya gəlir
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında elektrik layihələrində əməkdaşlıq
BMT-nin Baş katibi Quterreş Türkiyəni COP31 sammiti təşkilatçılığına görə tərifləyib
Danimarka Ukraynaya hərbi və enerji sahələrində 750 milyon dollara yaxın dəstək göndərəcək
Türkiyə yaşıl, rəqəmsal keçidi sürətləndirmək məqsədilə "Yaşıl Uzlaşma Fəaliyyət Planı"nı yeniləyib
Prezident Ərdoğan: "Sərhədlərimiz daxilində və xaricində sülh və sabitliyi gücləndiririk"
Rusiya nümayəndə heyəti Ukrayna və ABŞ ilə danışıqlar aparmaq üçün Əbu-Dabiyə səfər edib