Öz vətəndaşlarına qarşı ABŞ-ın 2000 hərbçisi

Ölkə prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb

"You bring chaos, and we'll bring handcuffs. Law and order will prevail," says FBI Deputy Director Dan Bongino. / Photo: AP / AP

  ABŞ administrasiyası Los-Ancelesdə qanunsuz miqrantlarla bağlı aksiyanı yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini oraya göndərib. Ölkə prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb. O, Birləşmiş Ştatlar Məcəlləsinin 10-cu maddəsinə əsasən, “hər hansı üsyanı, məişət zorakılığını, qanunsuz birləşməni və ya sui-qəsdi yatırmaq üçün Milli Qvardiyanı səfərbər etmək səlahiyyəti”ndən istifadə edib.

  Los-Ancelesin cənub-şərqindəki Paramount bölgəsində qanunsuz miqrantları müdafiə məqsədilə etiraz aksiyaları keçirilir. Bəzi nümayişçilərin Meksika bayrağını qaldırdığı bildirilir.