SİYASƏT
1 dəqiqə oxuma
Əli Laricani: ''İran ABŞ ilə danışıqlar aparmayacaq''
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın Vaşinqtonla danışıqları bərpa etməyə çalışdığı barədə yayılan iddiaları qətiyyətlə təkzib edib
Əli Laricani: ''İran ABŞ ilə danışıqlar aparmayacaq''
Əli Laricani: ''İran ABŞ ilə danışıqlar aparmayacaq'' / Reuters
15 saat əvvəl

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın Vaşinqtonla danışıqları bərpa etməyə çalışdığı barədə yayılan iddiaları qətiyyətlə təkzib edib.

Rəsmi internet səhifəsində paylaşım edən Laricani Oman vasitəsilə ABŞ ilə dialoqa başlamaq üçün yeni cəhdlər edildiyi barədə xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb. O, İranın hazırkı şəraitdə ABŞ ilə heç bir danışıqlara başlamayacağını bildirib.

Laricani həmçinin ABŞ Prezidenti Donald Trampın İranla bağlı son bəyanatlarına kəskin reaksiya verib. Trampı "boş xəyallarla" regionu xaosa sürükləməkdə ittiham edən Laricani qeyd edib ki, Ağ Ev rəhbəri "Öncə Amerika" şüarını "Öncə İsrail" prinsipi ilə əvəzləyib.

O, Trampın İsrailin regional iddiaları naminə Amerika əsgərlərini qurban verdiyini və hərbçi ailələrini yeni yalanlarla bu ağır bədəli ödəməyə məcbur etdiyini vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ ilə İsrailin birgə həyata keçirdiyi hərbi əməliyyatı nəticəsində İranın ali dini lideri Ayətullah Əli Xamenei də daxil olmaqla bir neçə yüksək vəzifəli rəsmi həlak olub.

Rəsmi Tehran isə cavab olaraq Körfəz bölgəsindəki hədəfləri vurub, nəticədə 3 ABŞ əsgəri həlak oldu, beş əsgər də yaralandı.