SİYASƏT
2 dəqiqə oxuma
“Dünyanın ən mərhəmətli hakimi” Frenk Kaprio 88 yaşında vəfat edib
Məhkəmə zalındakı mərhəməti ilə tanınan amerikalı hakim insanlara göstərdiyi şəfqət və xeyirxahlıqla yaddaşlara həkk olundu
“Dünyanın ən mərhəmətli hakimi” Frenk Kaprio 88 yaşında vəfat edib
Frenk Kaprio
21 avqust 2025

“Dünyanın ən mərhəmətli hakimi” kimi tanınan amerikalı hakim Frenk Kaprio mədəaltı vəzi xərçəngi ilə mübarizəsindən sonra 88 yaşında vəfat edib.

Bu barədə onun “Instagram” hesabından avqustun 20-də edilən açıqlamada, hakimin “mədəaltı vəzi xərçəngi ilə uzun və cəsur mübarizədən” sonra vəfat etdiyi bildirilib. Paylaşımda deyilir: “Hakim F.Kaprio məhkəmə zalında və onun hüdudlarından kənarda gördüyü işlərlə milyonlarla insanın həyatına toxundu. Onun səmimiyyəti, yumoru və nəzakəti, onu tanıyan hər kəsin yaddaşında silinməz iz qoydu. Onun xatirəsi təkcə hörmət edilən bir hakim kimi deyil, eyni zamanda fədakar bir həyat yoldaşı, ata, baba, ulu baba və dost kimi də yaşayacaq.”

Qeyd edək ki, ölümündən bir gün əvvəl F.Kaprio “Instagram” hesabında paylaşım edərək izləyicilərindən dua etmələrini istəmişdi: “Təəssüf ki, bir geriləmə yaşadım və yenidən xəstəxanadayam. Bu çətin mübarizəni davam etdirərkən dualarınız mənim ruh yüksəkliyim olacaq. Məni dualarınızda xatırlamağınızı xahiş edirəm. Mən duaların gücünə ürəkdən inanan biriyəm.”

1936-cı ildə Rod-Aylend ştatında anadan olan F.Kaprio məhkəmədə və gündəlik həyatdaki mərhəmət və saysız-hesabsız yaxşılıq əməlləri ilə yadda qalıb.

Karyerası boyunca empatiya və anlayış nümayiş etdirən F.Kaprio maddi imkansızlıqlar üzündən cərimələri ödəyə bilməyən insanlara tez-tez güzəşt edir və bəzən bu cərimələri tamamilə silirdi.

Qeyd edək ki, mərhum hakim 40 il Providens məhkəməsində hakimlik edib. O, daha çox "Caught in Providence" adlı televiziya proqamı ilə tanınıb.

Frenk Kaprionun adı Providens məhkəmə binasına verilib.

MƏNBƏ:TRT
Araşdırma
S.Lavrov Ukrayna məsələsi üzrə M.Rubio ilə görüşməyə hazır olduğunu bildirib
Ə.Şəraa D.Tramp ilə görüşmək üçün ABŞ-a səfər edib
Tanzaniyada 200-dən çox şəxs vətənə xəyanətdə ittiham olunur
ABŞ Cənubi Afrikada keçiriləcək G20 sammitinə qatılmayacaq
HƏMAS: İsrailin yaşayış məntəqələrini genişləndirməsi daha geniş ilhaq planının hissəsidir
ABŞ Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə qətnaməni BMT TŞ-nin üzvlərinə təqdim etdi
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"