TÜRKİYƏ
1 dəqiqə oxuma
İbrahim Kalın paytaxt Ankarada misirli həmkarı Həsən Rəşid ilə görüşüb
Görüşdə İsrailin pozuntularına baxmayaraq Qəzzada atəşkəsin davam etdirilməsi, ikitərəfli münasibətlər, Liviyada hakimiyyətlərin birləşdirilməsi və Somalidəki hadisələr müzakirə olunub
İbrahim Kalın paytaxt Ankarada misirli həmkarı Həsən Rəşid ilə görüşüb
İbrahim Kalın paytaxt Ankarada misirli həmkarı Həsən Rəşid ilə görüşüb. / AA

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın paytaxt Ankarada Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Rəşid ilə görüşüb.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, iyunun 30-da baş tutan görüşdə tərəflər İsrailin artan pozuntuları qarşısında Qəzzadakı atəşkəs razılaşmasının ikinci mərhələsinin gedişatını qiymətləndiriblər.

İ.Kalın və H.Rəşid belə atəşkəs pozuntularının qarşısını almaq üçün koordinasiya və əməkdaşlığı gücləndirməyə davam etmək barədə razılığa gəliblər.

İbrahim Kalın görüşdə Türkiyənin hər zaman olduğu kimi Filistin xalqına bütün imkanları ilə dəstək olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə həmçinin iki ölkə arasındakı münasibətlər, Liviyanın şərq və qərbindəki hakimiyyətlərin və hərbi qüvvələrin vahid bir rəhbərlik altında birləşdirilməsi və Somalidəki hadisələr müzakirə edilib.

İki rəsmi şəxs Sudan Silahlı Qüvvələri ilə paramilitar Çevik Dəstək Qüvvələri arasında davam edən qarşıdurmaları da müzakirə ediblər.