TÜRKİYƏ
1 dəqiqə oxuma
H.Fidan Qətər və Azərbaycandan olan həmkarları ilə telefon danışığı aparıb
Nazirlər Türkiyə istiqamətində atılan ballistik raketlə bağlı həmrəylik və dəstək mesajı veriblər
H.Fidan Qətər və Azərbaycandan olan həmkarları ilə telefon danışığı aparıb
H.Fidan Qətər və Azərbaycandan olan həmkarları ilə telefon danışığı aparıb / AA Archive
14 mart 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Qətərdən olan həmkarları ilə regional inkişafları müzakirə edib. Bu barədə məlumat Türkiyənin Xarici İşlər Naziriliyi tərəfindən verilib.

Bildirilir ki, H.Fidan martın 13-də Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Abdurrahman əl-Tani, eləcə də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Danışıqlar zamanı nazirlər Türkiyəyə doğru atılan raketlərlə bağlı həmrəylik və dəstək mesajlarını da çatdırıblar.

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada bildirib ki, İrandan buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Bunun ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə başlayandan bəri baş verən üçüncü belə hadisə olduğu qeyd olunub.

Xəbər verildiyi kimi, İsrail və ABŞ fevralın 28-də İrana qarşı birgə hücum həyata keçiriblər. Hücumlar nəticəsində indiyədək, İranın ali dini lideri olan Əli Xamenei də daxil olmaqla, təxminən 1.300 nəfərin həyatını itirdiyi bildirilir.

Tehran rəhbərliyi isə cavab olaraq İsraili və ABŞ hərbi qüvvələrinin yerləşdiyi İordaniya, İraq və Körfəz ölkələrini hədəf alan PUA və raket zərbələri endirib. Bu hücumlar nəticəsində insan itkiləri qeydə alınıb, həmçinin mülki infrastruktura da ciddi ziyan dəyib.

MƏNBƏ:TRT
Araşdırma
Hakan Fidan rusiyalı və səudiyyəli həmkarları ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
H.Fidan:"İsrailin Türkiyəni yeni düşmən elan etmək niyyətində olduğunu müşahidə edirik''
Dünya liderləri 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəlir
B.Netanyahunun da daxil olduğu 35 nəfər haqqında ömürlük həbs cəzası tələb edilib
B.Netanyahu Prezident R.T.Ərdoğanı hədəf alan açıqlamalarına görə tənqid atəşinə tutuldu
Prezident R.T.Ərdoğan ilə E.Makron arasında telefon danışığı baş tutub
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı 10 illik tranzit viza problemi həll olundu
Türkiyə dövləti Somalidə ilk xarici dərin dəniz qazma əməliyyatına başlayıb
R.T.Ərdoğan fələstinli məhbuslar üçün qəbul edilən ölüm cəzasını Hitlerin siyasətinə bənzətdi
Türkiyənin "Çağrı Bəy" gəmisi Somalidə qazma işlərinə başlayacaq
Rəcəb Tayyib Ərdoğan İranla ABŞ arasında əldə olunan atəşkəsi alqışladı
Prezident R.T.Ərdoğan “Roketsan”ın yeni istehsal müəssisələrinin açılış mərasimində iştirak edib
H.Fidan və M.İ.Dar arasında telefon danışığı baş tutub
İstanbulda polisə hücum edən üç terrorçu zərərsizləşdirilib
Prezident R.T.Ərdoğan İsraili müharibəni dayandırmağa yönəlmiş bütün səyləri pozmaqda günahlandırır
Türkiyə dövləti Səudiyyə Ərəbistanı ilə tranzit ticarətə başlayır
Prezident R.T.Ərdoğan Pasxa bayramı münasibətilə xristian icmasını təbrik edib
Prezident R.T.Ərdoğan ilə NATO-nun Baş katibi M.Rutte arasında telefon danışığı baş tutub
Türkiyə istehsalı olan “MİLGEM” korveti Pakistan Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib
Prezident R.T.Ərdoğan V.Zelenskini İstanbulda qəbul edib