SİYASƏT
2 dəqiqə oxuma
ABŞ nümayəndəsi İsraili Livanla atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb
Tom Barakın Beyruta dördüncü səfəri Hizbullahın etiraz etdiyi tərksilah planının həyata keçirildiyi vaxta təsadüf edir
ABŞ nümayəndəsi İsraili Livanla atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb
Tom Barakın Beyruta dördüncü səfəri
18 avqust 2025

Tom Barakın Beyruta dördüncü səfəri Hizbullahın etiraz etdiyi tərksilah planının həyata keçirildiyi və İsrailin atəşkəs öhdəliklərinə baxmayaraq, qoşunların tam çıxarılmasını gecikdirdiyi vaxta təsadüf edir.

ABŞ-ın xüsusi nümayəndəsi Tom Barak İsraili Livanla atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb və xəbərdarlıq edib ki, davamlı gecikmələr kövrək sabitləşmə prosesini poza bilər.

T.Barak Beyrutda Livan prezidenti Mişel Aun ilə görüşündən sonra verdiyi açıqlamada "Livan hökumətinin üzərinə düşəni yerinə yetirdiyinə inanıram. Onlar ilk addımı atdılar. İndi bizə lazım olan İsrailin bu qarşılıqlı razılaşmaya əməl etməsidir" deyib.

Qeyd edək ki, İsrail və Hizbullah arasında dağıdıcı müharibədən sonra noyabr ayında əldə edilən atəşkəs razılaşması Livandan silahlı qrupların tərksilahı prosesini başladmasını və silahlı qüvvələrinin səlahiyyətlərini dövlət qurumları ilə məhdudlaşdırmasını nəzərdə tuturdu.

Bunun müqabilində İsraildən qoşunlarını Livanın cənubundan tamamilə çıxarmaq tələb olundu. Beyrut tərksilah prosesini başlatsa da, fevralda uzadılmış müddətin başa çatmasına baxmayaraq, İsrail beş strateji sərhəd postunda hərbi mövcudluğunu saxlayır.

Yol xəritəsi

Livan Prezident Aparatından verilən açıqlamaya görə, ABŞ-ın Türkiyədəki səfiri vəzifəsini də icra edən Barakı görüşlərində Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus və digər ABŞ rəsmiləri müşayiət edib.

Barakın səfəri onun iyun ayından bəri Livana dördüncü səfəridir ki, bu da Vaşinqtonun atəşkəsi möhkəmləndirmək və daha geniş sabitlik yol xəritəsini inkişaf etdirmək səylərinin bir hissəsidir.

Bu ayın əvvəlində Livan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sabitlik yol xəritəsi 1989-cu il Taif sazişinin həyata keçirilməsini, Livan ərazisində tam dövlət suverenliyinin bərqərar olmasını, müharibə və sülh qərarlarının qəbulunda dövlət institutlarının müstəsna istifadəsini nəzərdə tutur.

Plan 2006-cı ildə İsrail və Hizbullah arasında münaqişəyə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi də daxil olmaqla, beynəlxalq müqavilələrin icrasını təsdiq edir.

Hizbullah tərksilah etməkdən imtina edir

Livan hökumətinin tərksilah planı silahlı qüvvələrini təslim etməkdən qəti şəkildə imtina edən Hizbullahın şiddətli müqaviməti ilə üzləşib. Baş nazir Navaf Salam bildirib ki, qrup “qəbuledilməz vətəndaş müharibəsinin gizli təhdidini” ortaya qoyub.

İsrail və Hizbullah arasında sərhədlərarası toqquşmalar 2023-cü ilin oktyabrında başlayıb və 2024-cü ilin sentyabrına qədər genişmiqyaslı müharibəyə çevrilib. Toqquşmalarda Hizbullah lideri Həsən Nasrullah da daxil olmaqla 4000-dən çox insan həlak olub, təxminən 17 min nəfər yaralanıb.

Atəşkəs ən gərgin döyüşləri dayandırsa da, İsrail Hizbullahın fəaliyyətlərini hədəf aldığını iddia edərək Livanın cənubunda demək olar ki, gündəlik hücumlarını davam etdirir.

ABŞ-ın xüsusi nümayəndəsi Tom Barakın missiyası tərəflərə razılaşmaya əməl etmələri üçün təzyiq göstərməklə yenidən müharibənin baş verməsinin qarşısını almaqdır.

Araşdırma
D.Tramp: "N.Maduronun hakimiyyəti bitmək üzrədir"
Tramp: "ABŞ Netanyahuya kömək etmək üçün hüquqi ittihamlarla bağlı proseslərə daxil olacaq"
Tramp Rusiya və Çinin gizli nüvə sınaqları keçirdiyini bildirib
ABŞ və Çin arasında hərbi əməkdaşlıq qurulacaq
Pakistan ilə Əfqanıstan arasındakı “Torkham” nəzarət-buraxılış məntəqəsi yenidən açılıb
Rusiya Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını məhv edib
İsrail hərbi baş prokuroru işgəncə görüntüləri sızdırdığını etiraf edərək istefa verib
Tanzaniyada Samia Hasan qələbəsini elan edib, yüzlərlə insanın öldürüldüyü bildirilir
Moskvanın Ukrayna tələblərində israr etməsi Tramp-Putin zirvə görüşünün qarşısını aldımı?
Suriya Kosovonu müstəqil və suveren dövlət kimi tanıdı
Volodimir Zelenski: “Ukraynanın Avropa İttifaqının dəstəyinə ehtiyacı var”
İordaniya Kralı Qəzzada sülhün təzyiqlə davam etdirilməsinə deyil, qorunmasına ümid edir
Belçikanın müdafiə naziri Teo Franken Rusiyanı hədələdi
Baş nazir: "Slovakiya Ukraynaya hərbi yardım planında iştirak etməkdən imtina edir"
Meloni Aİ-nin sanksiyalarını dəstəkləməyə söz verib
Çin İsraili BƏM-nin qərarına əməl etməyə və Qəzzaya yardım üçün BMT ilə işləməyə çağırıb
ÜST Qəzzadan 41 ağır xəstənin tibbi təxliyyəsini həyata keçirib
Peru paytaxt Limada artan cinayət hallarına görə 30 günlük fövqəladə vəziyyət elan edib
Uqandada baş verən qəza nəticəsində təxminən 63 nəfər həlak olub
ÇXR Avstraliya hökumətinə hava məkanında yaşanan gərginlik səbəbindən etiraz bildirib