TÜRKİYƏ
4 dəqiqə oxuma
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq''
Hakan Fidan bu fikri noyabrın 3-də keçirdiyi mətbuat konfransında səsləndirib
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq''
H.Fidan:''Türkiyənin Qəzzaya qoşun göndərməsi BMT Təhlükəsizlik Şurasının qərarından asılı olacaq'' / AP

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin mühasirəsi altında olan Qəzzaya qoşun göndərilməsi ilə bağlı qərar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qəbul edəcəyi qətnamənin məzmunundan asılı olacaq.

Hakan Fidan bu fikri noyabrın 3-də keçirdiyi mətbuat konfransında səsləndirib.
“Görüşdüyümüz ölkələr qeyd edirlər ki, onlar BMT TŞ-nin gözlənilən qətnaməsinə əsasən, qoşun göndərib-göndərməmək barədə qərar verəcəklər’’,-deyə Türkiyənin XİN rəhbəri qeyd edib.

Nazir İstanbulda keçirilən Qəzza ilə bağlı toplantıya ev sahibliyi edib. Görüşdə İndoneziya, Pakistan, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Qətər nümayəndələri iştirak ediblər.

Hakan Fidan bildirib ki, toplantıda əsas müzakirə mövzusu BMT Təhlükəsizlik Şurasının qətnaməsi çərçivəsində legitimliyə malik beynəlxalq qüvvənin yaradılması olub:
“Ölkələr qərarlarını beynəlxalq sabitləşdirmə qüvvələrinin mandatına əsasən verəcəklər. Əgər bu mandat onların öz prinsipləri və siyasətləri ilə ziddiyyət təşkil edərsə, qoşun göndərmək çətin olacaq’’.

Nazir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları Türkiyənin sülh üçün atılacaq addımlara hazır olduğunu açıq şəkildə göstərir:
“Lakin ortaya çıxacaq sənədlərin və çərçivənin dəstəkləyə biləcəyimiz bir xarakter daşıması vacibdir. Buna görə də bu məsələ ilə bağlı diplomatik danışıqlarımız davam edir’’.

Hakan Fidan qeyd edib ki, qüvvənin səlahiyyətlərinin müəyyənləşdirilməsi üçün əvvəlcə layihə üzərində ümumi konsensus əldə edilməli, daha sonra bu layihə BMT TŞ-nin daimi üzvləri tərəfindən veto qoyulmadan təsdiqlənməlidir. Onun sözlərinə görə, Türkiyə və tərəfdaş ölkələr bu prosesin hər mərhələsində aktiv şəkildə iştirak edirlər.

Nazir prosesin “həssas” olduğunu vurğulayaraq deyib:
“Bu məsələdə çox diqqətli olmalıyıq. Fələstin məsələsinin həlli üçün atılan hər hansı addım, mövcud problemi həll edərkən gələcəkdə yeni çətinliklərə səbəb ola biləcək bir zəmin yaratmamalıdır. Biz bu məsələyə çox ehtiyatla yanaşırıq’’.

Qəzzadakı administrasiyanın necə formalaşdırılacağı və beynəlxalq ictimaiyyətin bu məsələyə baxışı ilə bağlı suala cavab verən Hakan Fidan deyib:
“Bu məsələ ilə bağlı ümumi razılığımız var. Nə bizim, nə də fələstinlilərin bu barədə problemi yoxdur. Lakin İsrail və bəzi nüfuzlu beynəlxalq aktyorlar fərqli baxışlara malikdirlər. Hazırda bu fərqli mövqeləri uzlaşdırmaq üçün diplomatik danışıqlar aparılır’’.

Hakan Fidan həmçinin qeyd edib ki, hazırlanacaq qətnamə mətnində və yaradılacaq sistemdə kimin prioritet olacağı aydın şəkildə göstərilməlidir.
“Bizim əsas prinsipimiz fələstinlilərin özlərini idarə etmələri və öz təhlükəsizliklərini təmin etmələridir’’.-deyə Hakan Fidan söyləyib.

Nazir beynəlxalq ictimaiyyəti bu razılaşmanın həyata keçirilməsi üçün diplomatik, institusional və iqtisadi dəstək göstərməyə çağırıb.

Hakan Fidan deyib: “Hazırda atəşkəs qüvvədədir, lakin daha daimi bir həll yoluna doğru irəlilədikcə Fələstin məsələsinin dərin fikir ayrılıqları yenidən üzə çıxır. Bunlar illərdir həll olunmamış problemlərdir. İki illik müharibə və soyqırımdan sonra yeni bir düşüncə tərzi və təhlükəsizlik anlayışı formalaşıb. Bu məsələlərin yeni bir sistem çərçivəsində həlli vaxt aparacaq və biz tərəfdaşlarımızla bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Qəzzada sülhün təmin olunmasına dair plan çərçivəsində administrasiya ilə bağlı sualları cavablandıran Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, hansı sənədin hazırlanmasından və ya hansı təşəbbüslərin irəli sürülməsindən asılı olmayaraq Fələstin məsələsinin uzun illərdir beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş tərifi dəyişməməlidir. Onun sözlərinə görə, 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması və iki dövlətli həllin həyata keçirilməsi həm beynəlxalq hüquq, həm də siyasi təcrübə baxımından Fələstin məsələsinin əsas tərifidir.

Hakan Fidan qeyd edib ki, İsrail bu mövqeyi heç vaxt qəbul etməyib və qəbul etmək istəmir, lakin Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti bu yanaşmanı dəstəkləyir.

Nazir vurğulayıb ki, əsas prioritet Qəzzada insanlığa qarşı cinayətlərə son qoymaq və atəşkəsin davamlılığını təmin etməkdir.

Fidan xatırladıb ki, ABŞ Prezidenti Donald Trampla sentyabr ayında Nyu-Yorkda və ötən ay Misirin Şarm əl-Şeyx şəhərində keçirilən zirvə görüşləri daxil olmaqla yeni bir proses başlayıb və bu təşəbbüs dünya miqyasında geniş dəstək qazanıb.

Razılaşmalar çərçivəsində girov və məhbus mübadiləsinə start verilib, humanitar yardım Qəzzaya daxil olmağa başlayıb, İsrail qüvvələri müəyyən qədər geri çəkilib və Qəzzanın şimal bölgəsinə qayıdış prosesi başlayıb.

Bununla belə, Hakan Fidan qeyd edib ki, razılaşmanın tam icrasına hələ də maneələr var. O, İsrailin dəfələrlə atəşkəsi pozduğunu və humanitar yardımın çatdırılmasına mane olduğunu bildirib. Nazir qeyd edib ki, razılaşmaya əsasən Qəzzaya gündə 600 yük maşını və 50 yanacaq tankeri daxil olmalıdır.

Fidan beynəlxalq ictimaiyyəti İsrailə təzyiqləri davam etdirməyə çağıraraq bildirib ki, atəşkəsin əldə olunmasından sonra belə Qəzzada təxminən 250 fələstinli həlak olub.

Qəzzanın idarə olunması məsələsinə toxunan Hakan Fidan bildirib ki, “Həmas” hakimiyyəti Fələstin rəhbərliyindəki komitəyə təhvil verməyə hazırdır.

Nazir vurğulayıb ki, Qəzzanın yenidən qurulması Fələstin xalqının ümidini və birliyini bərpa etmək, həmçinin beynəlxalq səviyyədə təmsilçiliyini gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

Səbir, qətiyyət və beynəlxalq koordinasiyanın vacibliyini qeyd edən Hakan Fidan bildirib ki, heç bir addım atəşkəsin qorunmasına və iki dövlətli həll yolunun həyata keçirilməsinə mane olmamalıdır.

Araşdırma
Prezident R.T.Ərdoğan 2026-2027-ci tədris ilinin açılış mərasimində çıxış edib
Prezident Ərdoğan İstanbulun işğaldan azad edilməsinin 103-cü ildönümünü təbrik edib
Prezident Ərdoğan "AileFest" festivalını gəzib
Türkiyə İsrailin Suriyadakı pozuntularına reaksiya verib
ASELSAN ilə Müdafiə Sənayesi İdarəsi arasında 2,46 milyard avro dəyərində müqavilə imzalanıb
Prezident R.T.Ərdoğan TEKNOFEST tədbirində iştirak edib
Türkiyə ilə Fransa arasında müdafiə əməkdaşlığı sahəsində mühüm addım
Türkiyə husilərin Mədinədəki mədəni infrastruktura hücumunu qınayıb
Ərdoğan: ""Terrorsuz Türkiyə" səyləri Türkiyənin düşmənlərinə qarşı çəkindirici təsir göstərdi"
"Aİ-Türkiyə əlaqələri təkcə Ankara və Brüsseldən ibarət deyil", A.Orav
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədəni saxlayıb
Milli Təhlükəsizlik Şurasının iclası ilə bağlı bəyanat yayılıb
Hakan Fidan Hendrik Vüst ilə görüşüb
Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Hakan Fidanı qəbul edib
R.T. Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş naziri Hendrik Vüstü qəbul edib
Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon əlaqəsi saxlayıb
Göygöldə Türkiyə, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedir