SİYASƏT
1 dəqiqə oxuma
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
Hər iki tərəf nüvə diplomatiyasında irəliləyiş əldə olunduğunu bildirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib
M.Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarını müsbət qiymətləndirib / Reuters
11 saat əvvəl

İran prezidenti Məsud Pezeşkian fevralın 8-də (bu gün) İran ilə Amerika Birləşmiş Ştatları arasında regional ölkələrin dəstəyi ilə keçirilən danışıqları “irəliyə doğru atılmış müsbət addım” kimi qiymətləndirib.

M.Pezeşkian “X” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb: “Bizim üçün dialoq hər zaman sülh yolu ilə həll yollarına nail olmaq strategiyamız olub. İranın nüvə məsələsinə yanaşma prinsipi Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi ilə təminat altına alınmış hüquqlara əsaslanıb.”

İran prezidenti həmçinin ölkəsinin hörmətə hörmətlə cavab verdiyini və zorakılıq dilini qəbul etmədiyini qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi müdaxilə təhdidindən sonra həftələrlə davam edən gərginlik ərəfəsində İran və ABŞ fevralın 7-də dolayı nüvə diplomatiyasını yenidən bərpa edib.

İranın xarici işlər naziri Abbas Əraqçi danışıqları “yaxşı başlanğıc” adlandıraraq etimad mühiti formalaşarsa, prosesin davam etdirilə biləcəyini bildirib.

A.Əraqçinin sözlərinə görə, tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər və növbəti mərhələdə yenidən Omanın Maskat şəhərində görüşə bilərlər. Nazir əlavə edib ki, İranın “müdafiə məsələsi” kimi qiymətləndirdiyi raket proqramı hazırda da, gələcəkdə də danışıqlar mövzusu deyil.

MƏNBƏ:TRT