Türkiyə İsrailin Suriyadakı pozuntularına sərt reaksiya verib.
Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin bölgədəki işğalçı siyasətinin gərginliyi artırdığı vurğulanaraq beynəlxalq ictimaiyyətə tədbir görmələri ilə bağlı çağırış edilib.
Bəyanatda İsrailin sözügedən xətt üzrə fəaliyyətinin 1974-cü il Qüvvələrin Ayrılması Sazişini pozduğu qeyd olunub.
"İsrailin Suriyanın Quneytra vilayətindəki fəaliyyətini qınayırıq. Beynəlxalq ictimaiyyəti İsrailin bölgədə gərginliyi artıran ekspansionist siyasətinə son qoyması və işğal olunmuş Suriya ərazilərindən geri çəkilməsi üçün qətiyyətli addımlar atmağa çağırırıq. Türkiyə Suriyanın suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə dəstəyini qətiyyətlə davam etdirəcək, region ölkələri ilə birlikdə bu istiqamətdə lazımi addımları atacaq", - deyə bəyanatda vurğulanıb.























