SİYASƏT
1 dəqiqə oxuma
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
İsrael Katz orduya Qəzzada mümkün bütün ssenarilərə qarşı hazırlıq dərəcəsini yüksəltmək barədə göstəriş verib
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb
İsrailin müdafiə naziri İsrael Katz

İsrail mətbuatının yaydığı məlumata görə, Katz HƏMAS-ın Qəzzada işğalı davam etdirən İsrail hərbçilərinə qarşı hücumlar təşkil edəcəyinə dair kəşfiyyat məlumatları aldıqlarını iddia edib.

İsrail ordusuna ən pis ssenarilərə hazırlaşmaq barədə tapşırıq verdiyini qeyd edən Katz hər hansı hücum olacağı təqdirdə bunun "mütənasib olmayan ağır qarşılığının olacağı" ilə hədələyib.

Ölkədə oktyabrın 27-də keçiriləcək seçkilər yaxınlaşarkən, İsrail mediası Tel-Əviv rəhbərliyinin Qəzza və Livana hücumlarını intensivləşdirmək, həmçinin İrana qarşı yeni zərbələr endirmək ehtimalının olduğuna diqqət çəkir.

"Israel Hayom" qəzetinin yaydığı xəbərdə isə İsrailin ABŞ-nin iştirakı olmadan İrana qarşı təkbaşına yeni bir hücum təşkil etmək variantına hazırlaşdığı bildirilmişdi.