Türkiyə millisi İspaniya ilə görüşdə bərabərə qaldı

Türkiyə millisi 2026 FIFA Dünya Kuboku pley-off mərhələsinə yüksəldi

By
Türkiyə İspaniya ilə 2:2 hesabla heç-heçə etdi

Türkiyə İspaniya ilə 2:2 hesablı heç-heçə edərək E qrupunu ikinci yerdə tamamladı. Beləliklə də qırmızı ay ulduzlular 2026 FIFA Dünya Kubokunun pley-off mərhələsinə yüksəlmiş oldu. İspaniya isə bu qarşılaşmadan sonra Dünya Kubokuna vəsiqəni bir başa təmin etdi.

Sevilyadakı “La Cartuja” Stadionunda keçirilən oyunda İspaniya 4-cü dəqiqədə Dani Olmonun qolu ilə hesabı açıb, Türkiyə isə 42-ci dəqiqədə Deniz Gülün vurduğu qolla tarazlığı bərpa edib.

54-cü dəqiqədə Salih Özcanın uzaq məsafədən endirdiyi zərbə ilə Türkiyə millisi önə çıxıb.

İspaniya 62-ci dəqiqədə Mikel Oyarsabalın qolu ilə yenidən hesaba tarazlıq gətirib və qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Türkiyə milli komandasının qolları İspaniyanın seçmə mərhələ oyunlarında buraxdığı ilk iki top olub. Bundan əlavə İspaniya millisi seçmə mərhələdə ilk heç-heçəsini Türkiyə ilə qarşılaşmada alıb.

Bildirilir ki, Türkiyə Dünya Kubokunun pley-off yarımfinalında İsveç, Rumıniya, Şimali Makedoniya və ya Şimali İrlandiya komandalarından biri ilə qarşılaşacaq.