İsrail prezidenti İ.Herzoq Qazaxıstana gedərkən yolunu 8 saat uzadıb
00:11
Dünya
İsrail prezidenti İ.Herzoq Qazaxıstana gedərkən yolunu 8 saat uzadıb
İsrail prezidenti Türkiyə hava məkanından istifadə etməmək üçün Qazaxıstana 8 saatlıq alternativ marşrutdan istifadə edərək gedib

İsrail mətbuatının yaydığı məlumata görə, İsrail prezidenti İsxak Herzoqu daşıyan təyyarə iki günlük səfər çərçivəsində Qazaxıstana gedərkən Türkiyə hava məkanından istifadə etməmək üçün təxminən səkkiz saatlıq alternativ marşrut seçib.

İsrailin “Channel 12” telekanalı bildirib ki, təyyarə Türkiyə hava məkanına daxil olmamaq üçün Avropa və Rusiya üzərindən uçaraq daha uzun yol qət edib və bu da uçuş müddətinin səkkiz saata qədər uzanmasına səbəb olub.

Xatırladaq ki, 2024-cü ilin noyabr ayında Türkiyə İ.Herzoqun Bakıda keçirilən COP29 sammitinə getmək üçün hava məkanından istifadə etməsinə də icazə verməmişdi. Bundan sonra İ.Herzoq “təhlükəsizlik narahatlıqları”nı əsas gətirərək səfərini ləğv etmişdi.

Daha çox video
İllinoys ştatında bir tarlada nəhəng qasırğa anbaan video lentə alınıb
Torpaqlarının əllərindən alınmasına etiraz edən fələstinlilər əkin sahəsində Cümə namazını qıldılar
ABŞ öz hərbçilərinin İsrail tərəfindən öldürülməsini araşdırmaq istəmir
Taksi sürücüsü səkidə istəmədən qoşa ürək formasında təkər izləri qoyub
Bəhreyn: ''İranın PUA hücumu nəticəsində 11 yaşlı uşaq yaralanıb, evlərə ziyan dəyib''
Atası İsrail tərəfindən öldürülən fələstinli uşaq ağlayaraq onun nəşini daşıyır
8-ci TRT Humanitar Film Festivalı keçirildi
NASA astronavtı Cənub İşıqlarının sürətləndirilmiş videosunu çəkib
Bıçaqlı hücumdan sonra Belfastda miqrant əleyhdarları avtobusları və evləri yandırdılar
İsrail əsgərinin Əl-Xəlildə 7 aylıq fələstinli körpəni güllələdiyi anın görüntüləri