Çinli casusla əlaqədə olduğu iddiası ilə iki həftə əvvəl istefa verən “Nvidia”nın baş direktoru Censen Huanq yenidən vəzifəsinə qaytarılıb. ABŞ Prezidenti Donald Tramp şirkətin idarə heyətini bu qərara razı salmaq üçün məsələyə şəxsən müdaxilə etdiyini bildirib.
Bu xəbərdən sonra “Nvidia”nın səhmləri 31 faiz bahalaşıb, şirkətin bazar dəyəri isə təxminən 1 trilyon dollar artıb. Nəticədə ABŞ birjalarında bir həftədir davam edən eniş də dayanıb.