Noyabrın 24-də səhər saatlarında İsrailin Qəzzanın Xan Yunis şəhərinin qərbində yerləşən əl-Məvassi bölgəsindəki polis məntəqəsinə endirdiyi hava zərbəsi nəticəsində üç fələstinli həlak olub.
Yerli mənbələrin məlumatına görə, hücum zamanı iki polis əməkdaşı və bir uşaq həyatını itirib.
Şahidlər bildiriblər ki, İsrail ordusuna məxsus hərbi texnika Xan Yunisdə məcburi köçkün fələstinlilərin məskunlaşdığı çadırlara atəş açıb, artilleriya bölmələri isə Cəbəliya və Beyt Lahiyanın şərq hissələrini atəşə tutub.
İsrail 2025-ci ilin oktyabrında qüvvəyə minən dırnaqarası atəşkəs rejimini açıq şəkildə pozmağa davam edərək Qəzzaya mütəmadi olaraq zərbələr endirir.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, atəşkəs elan olunduğu vaxtdan bəri İsrailin hücumları nəticəsində azı 1679 fələstinli həlak olub, təxminən 6100 nəfər isə yaralanıb.