Pakistanlı hərbi pilot Məhəmməd Zeşan Əli kosmosa çıxan ilk pakistanlı astronavtdır. O, Çin kosmik stansiyasına daxil olan ilk əcnəbi astronavt olub. Məhəmməd Zeşan Əli uçuşa hazırlaşmaq üçün Pekində yeddi ay təlim keçib və bu müddət ərzində intensiv Çin dili dərslərində iştirak edib. BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru Aarti Holla-Mayni CGTN telekanalına açıqlamasında deyib: “Ümid edirəm ki, o, kosmosa səyahət etmək imkanı qazanan bir çox əcnəbi astronavtdan ilki olacaq”.
Daha çox video
Məhəmməd Zeşan Əli kosmosa çıxan ilk pakistanlı astronavt oldu
O, Çin kosmik stansiyasına daxil olan ilk əcnəbi astronavt olub
Daha çox video