İsrailli əsgərlər fələstinli fermerlərin zeytunlarını oğurlayır
00:20
Dünya
İsrailli əsgərlər fələstinli fermerlərin zeytunlarını oğurlayır
İsrailli əsgərlər fələstinli fermerləri öz torpaqlarından qovub, zeytunlarını oğurlayıblar

İordan çayının Qərb sahilində yerləşən Ramallah şəhərinin şimalındakı Sincil qəsəbəsində İsrail əsgərləri fələstinli kəndliləri zorla zeytun bağlarından çıxarıb, ərazini “qapalı hərbi zona” elan ediblər. Daha sonra isə həmin zeytunları özləri yığıblar. Yerli sakinlərin bildirdiyinə görə, zeytun yığım mövsümündə bu kimi hadisələr getdikcə daha da artmaqdadır. Fələstinli fermerlər öz torpaqlarında həm qeyri qanuni israilli məskunlaşanların, həm də əsgərlərin təzyiqləri ilə qarşılaşırlar. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) məlumatına əsasən, bu ilki zeytun yığım mövsümü 2020-ci ildən bəri işğal altındakı İordan çayının Qərb sahilində ən çox qeyri qanuni şəkildə məskunlaşan israillilərin hücumlarının qeydə alındığı dövr olub. Qurumun statistikasına görə, 70 qəsəbə və kənddə ümumilikdə 126 hücum baş verib, 4 minə yaxın zeytun ağacı məhv edilib.

Daha çox video
Selçuk Bayraktar Türkiyənin pilotsuz uçuş aparatları sahəsindəki gücünü xüsusi vurğuladı
"Eurovision" Fələstin tərəfdarı dörd etirazçını müsabiqə yerindən kənarlaşdırdı
“Hizbullah”ın FPV PUA-ları İsrailin "Dəmir qübbə" batareyasını vurub
İranəsilli amerikalı fəal Vaşinqtonda Pəhləviyə sərt reaksiya göstərdi
Fələstinlilər "Nəkbə"nin 78-ci ildönümü münasibətilə Ramallahda yürüş keçiriblər
Portuqaliyalı fəallar Piku dağında Fələstin bayrağını qaldırdılar
Filmin prodüserləri BBC-ni Qəzza sənədli filmini nümayiş etdirməməkdə ittiham ediblər
Aİ İordan sahilində qeyri-qanuni məskunlaşan israillilərə sanksiya tətbiq edəcək
Hantavirus epidemiyası şübhəsi daşıyan kruiz gəmisi limana qədər müşayiət edildi
Meksika Prezidenti: Fələstinin dövlət kimi tanınması üçün istənilən dəstək verilməlidir