ABŞ-nin keçmiş hərbçisi Konqresdə İrana qarşı aparılan müharibəyə etiraz edərkən yaralanıb
02:01
Dünya
ABŞ-nin keçmiş hərbçisi Konqresdə İrana qarşı aparılan müharibəyə etiraz edərkən yaralanıb
Fələstin əsilli amerikalı ilə evli olan Brayan MakGinnis “TRT World”ə müsahibə verib

ABŞ Senatında keçirilən komitə iclasını yarıda kəsən ABŞ-nin keçmiş dəniz piyadası təhlükəsizlik əməkdaşları tərəfindən zorla zaldan çıxarılıb və bu zaman onun əli sınıb. Keçmiş hərbçi bildirib ki, qanunvericilərin toplandığı bu mühiti ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə etiraz etmək üçün fürsət kimi qiymətləndirib.

Brayan MakGinnis martın 4-də həyata keçirdiyi etiraz aksiyası ilə əlaqədar polis əməkdaşına hücum, polisə müqavimət və “qanunsuz” aksiyanın təşkili ittihamları ilə üzləşib.

Fələstin əsilli amerikalı ilə evli olan B.MakGinnis qeyd edib ki, ABŞ-nin İsrailin Qəzzada həyata keçirdiyi soyqırıma və hazırda İrana qarşı aparılan müharibəyə verdiyi qeyd-şərtsiz dəstək səbəbindən səsini qaldırmaq məcburiyyətində qalıb.

B.MakGinnis “TRT World”ə verdiyi müsahibədə deyib: “ABŞ İsrailin bölgədə genişlənə bilməsi üçün İranı sabitsizləşdirməyə və məhv etməyə məcbur edilir.”


Daha çox video
İspaniya yığmasının qol vurmasına imkan vermədi
Livanlı jurnalist İsrailin PUA hücumundan son anda qurtulub
Məhərrəm ayının başlaması münasibətilə Kəbənin örtüyü dəyişdirildi
Tramp müəyyən şəxsləri hədəf almaq üçün binaların tamamilə dağıdılmasına ehtiyac olmadığını bildirib
Nəhəng üzən kran İstanbul boğazına daxil olub
İngiltərə polisi məhkəmənin qərarı ilə "Palestine Action" fəallarını həbs etdi
İsrail Livanın cənubundakı evləri dağıdır
Londonda polis qüvvələri Fələstin tərəfdarı yəhudiləri həbs edib
İsrail qüvvələri Livanın cənubuna zərbə endiriblər
Kaliforniyada B-52 tipli bombardımançı təyyarə qəzasında səkkiz heyət üzvü həyatını itirib