Rəsmilərin sözlərinə görə, cümə axşamı günü Kabil sərhəd boyunca "cavab əməliyyatı" başlatdıqdan sonra ən azı səkkiz Əfqanıstan və iki Pakistan əsgəri öldürülüb.
Yeni toqquşmalar bazar günü Kabilin Pakistanın hava hücumlarına cavab olaraq sərhəd boyunca əməliyyat başlatdığını elan etməsindən sonra başlayıb.
Əfqanıstan rəsmiləri bu hücumlarda çoxsaylı itkilərin olduğunu bildiriblər. Buna cavab olaraq təhlükəsizlik mənbələri Pakistan qüvvələrinin Kabil, Qəndəhar, Paktiya və Nəngərhar əyalətlərində hava hücumları həyata keçirdiyini bildiriblər.
BMT-nin baş katibi Antonio Quterreş hər iki tərəfi beynəlxalq hüquq çərçivəsində mülki şəxsləri qorumağa çağırıb, BMT-nin sözçüsü Stefan Dujarrik isə hər iki tərəfin hər hansı bir fikir ayrılığını diplomatiya yolu ilə həll etməyə davam etməsinin vaciliyini vurğuayıb.
