Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Suriyanın cənubundakı druz qrupları ilə bağlı gərginlikləri ölkəyə qarşı hərbi əməliyyata başlamaq üçün bəhanə kimi istifadə edə biləcəyi barədə xəbərdarlıq edib. Fidan Suriyadakı üç böyük druz qəbilə qrupundan birinin İsrail tərəfindən dəstəkləndiyini və helikopterlə çatdırılan silah-sursat aldığını bildirib.
H.Fidan belə bir ssenarinin yeni bir münaqişəyə səbəb ola biləcəyi, bölgəyə daha da qeyri-sabitlik və qeyri-müəyyənlik gətirəcəyi barədə xəbərdarlıq edib.
