Təşkilatçı Həzami Barmada bildirib ki, Leyni Uilson və Teylor Svift kimi məşhurları səslərini ucaltmağa çağıran bu mesajlar "kantri musiqi sənətçilərinə və pərəstişkarlarına Qəzzada törədilən cinayətləri xatırlatmaq" məqsədilə nümayiş etdirilib.
Divarlara əks olunan mesajlar arasında bu ifadələr yer alıb: “Mən qırmızı xalçada yeriyərkən amerikalı vergi ödəyicilərinin pulu ilə Qəzzada yaralanan 44.500 uşağın müalicəsi qarşılanır”, “İsrail Qəzzada soyqırımı törədir: səsinizi ucaldın” və “100 milyon amerikalı tibbi borc altındaykən İsrailə 21,7 milyard dollarlıq hərbi yardım göstərilir”.