“Yolu açın!”
İsrail işğalı altındakı İordan çayının qərb sahilində yerləşən Umm əl-Xeyr kəndindəki onlarla fələstinli uşaq qeyri-qanuni məskunlaşanlar tərəfindən çəkilən və iddiaya görə İsrail əsgərlərinin mühafizəsi altında olan tikanlı məftillər səbəbindən bu həftə məktəbə gedə bilmir.
İsrailin "B’Tselem" insan haqları qrupu bildirib ki, tikanlı məftillər məskunlaşanların və İsrail ordusunun İordan çayının qərb sahilində fələstinliləri qorxutmaq və torpaqlarından sürmək üçün həyata keçirdiyi koordinasiyalı kampaniyanın bir hissəsidir və bu, “etnik təmizləmə” mənası daşıyır.
