Gürcüstan polisi türk azarkeşlərlə pis rəftar edərkən kameraya düşdü
İdman
Gürcüstan polisi türk azarkeşlərlə pis rəftar edərkən kameraya düşdü
Gürcüstan polisi Fələstin bayraqları qaldırdıqları üçün türk azarkeşlərlə pis rəftar edərkən kameraya düşdü
 

Gürcüstan polisinin Batumidə Türkiyə təmsilçisi "Beşiktaş" ilə İsrailin "Hapoel Beer-Şeva" komandaları arasında keçirilən UEFA Avropa Liqası oyunu zamanı türk azarkeşlərə qarşı həddindən artıq güc tətbiq etdiyi görüntülənib.
Bir azarkeşin tribunada Fələstin bayrağını açması qarşısında polislərin müdaxilə etməsi ilə toqquşmalar baş verib. Polis daha sonra gözyaşardıcı qazdan istifadə edib və azarkeşi mühasirəyə alıb. Polis zorakılığı zamanı daha bir neçə nəfərin yaralandığı bildirilib.
Tribunalardakı qarışıqlıqdan sonra oyun 26-cı dəqiqədə müvəqqəti olaraq dayandırılıb. Polis müdaxiləsi başa çatdıqdan sonra hakimlər və oyunçular meydançaya qayıdıblar və matç yenidən başlayıb. "Beşiktaş" "Hapoel Beer-Şeva"nı 2-1 hesabı ilə məğlub edib.
"Trabzonspor", "Fənərbaxça", "Qalatasaray", "Ərzurumspor", "Başakşəhər" və "Samsunspor" da daxil olmaqla bir çox Super Liqa klubu "Beşiktaş" azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiqini pisləyərək kluba və azarkeşlərinə həmrəylik mesajı verib.
Türkiyə Futbol Federasiyası verdiyi açıqlamada “klubumuzun UEFA Avropa Liqası oyunundan əvvəl və oyun zamanı həm stadionun daxilində, həm də xaricində "Beşiktaş" azarkeşlərinə qarşı qəbuledilməz münasibət, davranış və müdaxilələrini” şiddətlə pisləyib.
Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak “bu axşam Gürcüstanda "Beşiktaş" azarkeşlərimizə qarşı təhlükəsizlik qüvvələri tərəfindən edilən qeyri-mütənasib müdaxiləni” şiddətlə qınayıb.
Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, xarici işlər naziri Hakan Fidan gürcü həmkarı Maka Boçorişvili (Maka Botchorishvili) ilə məsələni telefonla müzakirə edib.

Daha çox video
Qəzzada fələstinli uşaqların mühasirə şəraitində təhsil mübarizəsi
İsrail polisi məcburi hərbi xidmətə görə ultra-ortodoks etirazçılarla toqquşub
IMEU ABŞ-nin İsrailə nə qədər vəsait ayırdığını göstərən reklam yayımladı
Arda Gülərin qazaxıstanlı müxbirlə səmimi müsahibəsi
Avstraliyalı senator Fatimə Payman parlament iclasına körpəsi ilə qatılıb
Soyqırımın kölgəsində uşaq olmaq...
Misirin Giza şəhərində yanacaq tankerində baş verәn yanğın nәticәsindә azı 30 nәfәr hәyatını itirib
Rəcəb Tayyib Ərdoğan Şərqi Liviya Milli Ordusunun baş komandanını qəbul edib
Dünya iqtisadiyyatının nəbzi Palandökendə döyünəcək
Məhəmməd Zeşan Əli kosmosa çıxan ilk pakistanlı astronavt oldu