17 saat əvvəl
Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, qara maskalı qeyri-qanuni israilli köçkünlər Nablus şəhərinin cənubunda yerləşən Kusra qəsəbəsində bir fələstinli kişini öldürüb, daha iki nəfəri isə silahla yaralayıb.
Hadisənin şahidləri bildiriblər ki, hücum edən şəxslər evlərə və avtomobillərə daş atıb, pəncərələri sındırıblar və hücum zamanı evlərə daxil olmağa cəhd göstəriblər.
