Noyabrın 1-də Florida ştatının cənubunda biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.
Təyyarə əvvəlcə ağaca toxunaraq elektrik xətlərini qırıb, daha sonra yaşayış evinə çırpılıb. Toqquşma nəticəsində güclü yanğın baş verib. Təyyarə və mobil ev demək olar ki, tamamilə yanaraq məhv olub.
Təyyarənin Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət aldığı zaman qəzaya uğradığı bildirilib.
