10 aylıq fələstinli körpə Kənan ər-Rəqiq Qəzzanın cənubundakı Xan Yunisdə məcburi köçkün ailəsi ilə birlikdə qaldığı çadırda həddindən artıq soyuq hava səbəbindən can verib.
Körpənin atası Əhməd ər-Rəqiq noyabrın12-də verdiyi açıqlamada "Oyandığımda dərisinin göyərdiyini görüb dərhal Nasir Xəstəxanasına apardım, lakin hipotermiya səbəbindən artıq həyatını itirmişdi" deyib.
Körpənin babası Rəşid ər-Rəqiq isə "Anadolu" Agentliyinə bildirib ki, körpəsini itirən ailənin yağış suyunun paltarlarını, ədyallarını və yataq dəstlərini islatdığı cırıq bir çadırda yaşamaq üçün mübarizə apardığını bildirib
BMT rəsmilərinin verdiyi məlumata görə, İsrail mühasirə altındakı Qəzzaya 150 min çadır, generator və tikinti materiallarının daxil olmasına mane olmağa davam edir.
BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq noyabrın 11-də verdiyi açıqlamada "İcazələr verilən kimi bunları gətirməyə hazırıq" ifadələrini işlədib.