"Mənim fikrimcə, Tanrının qövmi olan İsrail xalqının dağıdıcı və azğınlıq dövləti qurmuş olması dəhşətli və qorxunc bir vəziyyətdir. Bu, Tanrının adının böyük dərəcədə ləkələnməsidir. Bu, çıxarmalı olduğumuz böyük bir dərsdir".
İsrailin "Kanal 12" telekanalı tərəfindən yayımlanan və Aşkenazi Haredi icmasının 96 yaşlı lideri ravvin Dov Landonun sionizmi və İsrail ordusunu tənqid etdiyi görüntülər İsrail siyasətində ciddi böhrana səbəb olub. Lando "Degel HaTorah" partiyasının mənəvi lideridir. Netanyahunun hökumət koalisiyasının əsas tərəfdaşlarından biri olan bu partiya son dövrlərdə ultra-ortodoks yəhudilərin məcburi hərbi xidmətə cəlb edilməsi məsələsinə görə ciddi böhranla üz-üzədir.