Məhkəmə-tibb eksperti həkim Maykl Friman Ceffri Epşteynin 2019-cu ildə Nyu-Yorkdakı həbsxana kamerasında vəfat etməsinin intihardan daha çox qətlə yetirilməsi ehtimalının yüksək olduğunu bildirərək rəsmi ekspertiza rəyinə qarşı çıxıb.
C.Epşteynin vəfatıyla bağlı ekspertiza rəyini və fotoşəkillərini araşdıran M.Friman xəsarətlərin özünü asaraq intihar etməkdən daha çox arxadan boğulmaya işarə etdiyi qənaətinə gəlib. Lakin Nyu-York Məhkəmə-Tibb İdarəsi C.Epşteynin ölümünün intihar olduğu barədə qərarını qüvvədə saxlayır.