TÜRKİYƏ
2 dəqiqə oxuma
Kolizeydə Göbəklitəpənin qədim xəzinələri nümayiş etdirilir
Türkiyə və İtaliya arasındakı əməkdaşlıq çərçivəsində Kolizeydə dünyanın ən qədim məbədi olan Göbeklitəpənin eksponatlarının nümayiş olunduğu sərgi açılıb.
00:00
Kolizeydə Göbəklitəpənin qədim xəzinələri nümayiş etdirilir
Roma <b>Göbəklitəpə</b> / TRT Global
17 fevral 2025

Qeyd olunub ki, Kolizey Anadoludakı 12.000 illik arxeoloji xəzinələrdən olan üç әsәrin imitasiya olunmuş versiyasının nümayiş olunduğu sərgiyə ev sahibliyi edir. Əsərlər altı ay ərzində burada sərgilənəcək.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Türkiyənin İtaliyadakı səfirliyi, İtaliya Mədəniyyət Nazirliyi, Kolizey Arxeoloji Parkı və Roma Forumu Müdirliyi ilə Türk Hava Yollarının (THY) tәşkilatçılığı ilә keçirilәn sərgi çərçivəsində Göbeklitəpənin mərkəzində nümayiş etdirilən film səhnəsi görüntüləri də təqdim edilib. Tәdbir çәrçivәsindә  həmçinin, məlumatlandırıcı panellər dә keçirilib.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirinin müavini Gökhan Yazıcı və italiyalı həmkarı iştirak ediblər. Tәdbirdә açılış nitqi ilә çıxış edәn Gökhan Yazıcı deyib: "Əsrlər boyu dünyanın mərkəzi hesab edilən Kolizeyin möhtəşəm atmosferində bəşər tarixinin ən mühüm dönüş nöqtələrinə ev sahibliyi edən Göbeklitəpənin dərin və qədim tarixini sizə təqdim edirik".

Kolizeyin ikinci mərtəbəsində keçirilən sərgi 2025-ci ilin 20 aprelinə qədər davam edəcək. Mədəni İrs və Muzeylər Baş İdarəsi tədbir üçün әsәrlәrin imitasiya olunmuş versiyalarını  və altyazılı filmlər sifariş edib. Türk Hava Yolları isə әsәrlәri Romaya ödənişsiz çatdırılmasını təmin edib.

Dünyanın әn qәdim mәbәdi

Qonaqlara Göbeklitəpədə yetişdirilən buğdadan hazırlanmış çörək, həmçinin paxlava, rahat-hülqum və türk ilə italyan mətbəxlərinin ləziz yeməkləri təqdim olunub.

Dünyanın ən qədim məbədi hesab edilən Göbeklitəpə 2011-ci ildən etibarən UNESCO-nun Dünya İrs Siyahısındadır. 1963-cü ildə İstanbul və Çikaqo universitetlərinin birgə araşdırmaları nəticəsində kəşf edilən bu məbəd, Şanlıurfada yerləşir və son illərdə rekord sayda ziyarətçiyə ev sahibliyi edir.

Ziyarətçilər bu qədim məkanı hava şarları ilə kəşf etmək imkanı da əldə edirlər.

 

MƏNBƏ:TRT Global
Araşdırma
Türkiyə İran müharibəsi üçün diplomatiyanı sürətləndirdi, masaya qayıtmağa çağırdı
Türkiyə Yunanıstanın adaların silahsızlaşdırılmış statusunu pozduğunu bildirib
Türkiyə İstiqlal Marşının qəbul edilməsinin 105-ci ildönümünü qeyd edir
Yaxın Şərqdə gərginlik davam edərkən, NATO-nun Türkiyəyə dəstəyi alyansın hazırlığını sınağa çəkəcək
Prezident R.T.Ərdoğan bölgədəki müharibənin genişlənmədən dayandırılması çağırışı etdi
Prezident R.T.Ərdoğan Türkiyəni dini azadlıq məsələsində nümunəvi ölkə olduğunu bidirdi
Rəsmi Ankara Tehran rəhbərliyindən hava məkanının pozulmasına görə izahat tələb edib
Türkiyə və Qətərin müdafiə nazirləri Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İrana qarşı müharibə davam edərkən Türkiyə hava məkanını qorumaq üçün "Patriot" sistemi hazırlayır
Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian regional gərginliyi müzakirə ediblər
Türkiyə ŞKTC-yə 6 ədəd "F-16" qırıcısı və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
ABŞ və İsrailin İrana qarşı müharibəsində Türkiyənin sərgilədiyi düzgün mövqe
Prezident R.T.Ərdoğan Böyük Britaniyanın Baş naziri K.Starmer ilə telefon danışığı aparıb
R.T.Ərdoğan regional gərginlikləri müzakirə etmək üçün N.Bərzani ilə telefon danışığı aparıb
R.T.Ərdoğan və C.Meloni arasında Yaxın Şərq böhranı ilə əlaqədər telefon danışığı baş tutub
Türkiyə Yaxın Şərqdə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görür
Türkiyə dövləti Yaxın Şərqin bəzi ölkələrinə uçuşların ləğv olunması müddətini uzatdı
Türkiyə dövləti Egey adalarının hüquqi statusunun mübahisə mövzusu olmadığını bildirib
Ankara: Mənbəyindən asılı olmayaraq hər hansı təhdidə cavab vermək hüququmuzu saxlayırıq
Türkiyə dövləti “Made in EU” layihəsində yer almaq hüququ qazanıb