SİYASƏT
2 dəqiqə oxuma
İsrail Qəzzadakı sığınacağı yanan kütləvi məzara çevirdi
Təxminən 31 fələstinli, o cümlədən 18 uşaq İsrail hərbi təyyarələrinin Qəzza şəhərində köçkün ailələrin sığındığı məktəbə zərbələrindən sonra ölüb
İsrail Qəzzadakı sığınacağı yanan kütləvi məzara çevirdi
At least 31 Palestinians, including 18 children, killed after Israeli warplanes strike school sheltering displaced families in Gaza City. / AP

Qəzzada bir məktəb-sığınacaqda məskunlaşmış mülki şəxslər mayın 26-da İsrailin hava hücumu zamanı yuxuda idilər. Hücum nəticəsində bina alovlara büründü.

Yerli səhiyyə orqanlarının məlumatına görə, Fahmi Cirhavi məktəbinə edilən hücumda təxminən 31 fələstinli, o cümlədən 18 uşaq və 6 qadın yanaraq həyatını itirib, onlarla adam yaralanıb.

“Yanğın uşaqlar və qadınlar içəridə yatarkən başladı. Alovlar onları cəsədə çevirdi və məhv etdi”, - deyə Qəzzanin şimalında Təcili Yardım Xidmətinin direktoru Fares Afaneh video açıqlamasında bildirib: “Uşaqlar və qadınlar yanan sinif otaqlarında qışqırırdılar. Yanğın böyük olduğundan biz onları xilas edə bilmədik. Mənzərə çox dəhşətliydi. Onun şiddətini təsvir etmək mümkün deyil.”

Dəhşətli səhnələr

Hücumdan sağ çıxan gənc Yusif Kaseh partlayışın İsrail raketlərinin məktəbi vurduğu zaman baş verdiyini dedi: “Bir neçə saniyə ərzində alov hər şeyi məhv etdi. İnsanlar dəmir pəncərə barmaqlıqları çöldən qırmağa çalışdılar, lakin alət çatışmazlığı və həddindən artıq istildən mümkün olmadı. Saatlarla davam edən səylərdən sonra mülki müdafiə qrupları yanğını söndürə bildilər. Qurtara biləcəyimizi xilas etdik. Amma mənzərə çox ağır və dəhşətliydi. Yanan cəsədlərin qalıqları divarlara və döşəmələrə yapışmışdı.”

Əbu İbrahim adlı başqa bir sağ qalan qaralmış divarların arasında oturaraq qəzəb dolu baxışlarla bunları söylədi: “Biz bu torpağın əsl sahibləriyik. Nə etdik ki, qadınlarımızın və uşaqlarımızın yanaraq öldürüldü? Biz torpaq oğurlamadıq, heç kimi çıxarmadıq. Bu, bizim torpağımızdır. Hamımızı öldürsələr belə, buradan getməyəcəyik.”

İsrailin qırğını

İsrail indiyə qədər blokadada olan ərazidə əsasən qadınlar və uşaqlar olmaqla təxminən 54.000 fələstinlini öldürüb, əhalinin əksəriyyəti köç edib, mühasirədə olan Qəzzanın böyük hissəsi xarabalığa çevirib.

Təl-Əviv həmçinin ərzaq, su, dərman və digər təcili humanitar yardımların daxil olmasını bloklayaraq fələstinliləri aclıqdan ölməyə məhkum edib.

2024-cü ilin noyabr ayında Beynəlxalq Cinayət Məhkəməsi Baş nazir Benyamin Netanyahu və onun keçmiş Müdafiə naziri Yoav Qallant üçün Qəzzadakı “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər”ə görə həbs qərarı çıxardı. İsrail həmçinin anklavdakı mülki şəxslərə qarşı müharibə cinayətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində soyqırım işi ilə qarşı-qarşıya qalıb.

MƏNBƏ:trt global
Araşdırma
D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna üzrə sülh planını V.Putinə təqdim edəcək
Möhsün Rzayi: "Ölkədən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq"
İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
Abbas Əraqçı Binyamin Netanyahunun İran əleyhinə bəyanatlarına reaksiya verib
Aİ Ukraynaya 2,86 milyard avro müdafiə dəstəyi ödənişi etdi
ABŞ Prezidenti D.Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib
Prezident R.T.Ərdoğan Kosovanın yeni Prezidenti seçilən Şiroka Pulanı təbrik etdi
Axios: Tramp və Netanyahu İsrail və ABŞ-dəki seçkilərdən əvvəl İrana hücum ehtimalını müzakirə etdi
NATO Qara dənizdəki PUA hücumları ilə bağlı müdafiə tədbirlərini nəzərdən keçirəcək
ABŞ Prezidenti Tramp Çin və Rusiyanın İrana kömək etdiklərini düşünmədiyini bildirib
Rusiya: Atəşkəs deyil, uzunmüddətli sülh istəyirik
V.Zelenski Ukrayna nümayəndə heyətinin sabah S.Uitkoff  və C.Kuşnerlə görüşəcəyini bildirib
ABŞ mətbuatı: "Ağ Ev seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatları müzakirə edir"
Pakistan qüvvələri Səudiyyə Ərəbistanına göndərilib
İran:''ABŞ-nin təkliflərinə cavabımız diplomatik kanallarla çatdırılacaq''
Prezident R.T.Ərdoğan və V.Putin arasında telefon danışığı keçirilib
M.Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib
Cey Di Vens: "Müharibənin başa çatması üçün İran uranı zənginləşdirmə fəaliyyətlərini azaltmalıdır"
Kanada Baş naziri M.Karni Türkiyəyə rəsmi səfər edəcək
İsrailin müdafiə naziri Katz ordunun Qəzzadakı hazırlıqlarını artırmağı tapşırıb