TÜRKİYƏ
1 dəqiqə oxuma
Yusuf Tekin: ''Məqsədimiz İƏİT ölkələri arasında ilk beşliyə daxil olmaqdır''
Türkiyənin milli təhsil naziri Yusuf Tekin PISA 2025 nəticələrinin açıqlanmasından sonra Slovakiyanın paytaxtı Bratislavada jurnalistlərin suallarını cavablandırıb.

Nazir bildirib ki, Türkiyənin təhsildəki bu uğurunun əsas səbəbi şagirdlərin əlavə hazırlıqlardan asılılığının aradan qaldırılmasıdır. O qeyd edib ki, 2013-cü ildən başlanan islahatlarla dövlət dərslikləri əsas götürülüb və kənar vəsaitlərdən istifadə məhdudlaşdırılıb. Y. Tekin İƏİT-in (OECD) Təhsil direktoru Andreas Şleyxerin də Türkiyənin 2015-ci ildən bu yana təhsildə əldə etdiyi böyük sıçrayışı xüsusi vurğuladığını və bu təcrübəni digər ölkələrə nümunə göstərdiyini bildirib.

Nazir vurğulayıb ki, yeni "Türkiyə yüz ili təhsil modeli" şagirdlərə ağır nəzəri yük vermək əvəzinə, qazanılan bilikləri gündəlik həyat bacarıqlarına çevirməyi hədəfləyir. Y. Tekin beynəlxalq tənqidləri nəzərə alaraq hazırlanan bu model sayəsində şagirdlərin növbəti PISA imtahanlarında daha böyük uğurlar qazanacağını diqqətə çatdırıb.