Qəzzaya gedən "Qlobal Sumud" donanmasının yardım karvanında İsrail qüvvələri tərəfindən ümumilikdə 223 beynəlxalq fəal saxlanılıb. Lakin türk kapitanı Məhamməd Küçükaytekinin rəhbərliyi altında olan “Mikeno” 20-dən çox qanunsuz müdaxiləyə baxmayaraq maneələri aşaraq Fələstin sularına çatıb.
"Qlobal Sumud" donanması "X" platformasında edilən paylaşımda gəminin İsrail qüvvələri tərəfindən hücuma məruz qaldığı və daha səkkiz gəminin hücuma məruz qala biləcəyini və ya hazırda hücuma məruz qaldığını bildirib.
Donanma hücuma məruz qalan gəmilərdə olan 223 fəalın adlarını və milliyyətini "İnstaqram"da paylaşıb. Bu arada donanmanın rəsmi təqibçisi 20 gəminin İsrail qüvvələrinin hücumuna məruz qaldığını, 24 gəminin isə Qəzzaya doğru səfərinə davam etdiyini göstərib.
Qlobal missiyada iştirak edən Türkiyə vətəndaşı, fəal Erdem Özverenin sözlərinə görə, onun mindiyi gəmi Qəzzadan 30 dəniz milindən az məsafədədir.
50-dən çox gəmi Qəzzaya doğru hərəkət edir
Avqustun sonunda humanitar yardım və tibbi ləvazimatlarla yüklənmiş gəmilərdən ibarət donanma yola düşüb. Son illərdə ilk dəfə olaraq 45-dən çox ölkədən 500-dən çox mülki könüllünün müşayiəti ilə 50-dən çox gəmi Qəzza yolundadır.
İsrail təxminən 2,4 milyon əhalinin yaşadığı Qəzzaya 18 illik blokada tətbiq edib. Mart ayında İsrail sərhəd keçidlərini bağlayaraq, ərzaq və dərman çatdırılmasını əngəlləyərək blokadanı gücləndirib. Bu, bölgəni aclıqla qarşı-qarşıya qoyub.
2023-cü ilin oktyabrından bəri İsrail bombardmanlarında əksəriyyəti qadın və uşaq olmaqla 66 mindən çox fələstinlini öldürüb.
Birləşmiş Millətlər Təşkilatı və insan haqları qrupları dəfələrlə bölgənin yaşayış üçün yararsız hala düşdüyü, aclıq və xəstəliklərin sürətlə yayıldığı barədə xəbərdarlıq ediblər.











