DÜNYA
2 dəqiqə oxuma
TİKA-dan Venesuelaya humanitar yardım
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) zəlzələlərdən zərər çəkən Venesuelaya təxminən 1000 bağlamadan ibarət humanitar yardım göndərib
TİKA-dan Venesuelaya humanitar yardım
TİKA-dan Venesuelaya humanitar yardım

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən hazırlanan humanitar yardım bağlamaları Türkiyənin Venesueladakı səfirliyinin koordinasiyası ilə ölkə rəsmilərinə təhvil verilib. Təhvil-təslim prosesi zəlzələdən ən çox zərər çəkən La Quayra şəhərindəki "Xose Mariya Varqas" İdman Kompleksində baş tutub.

Təxminən 5 min nəfərə çatdırılması nəzərdə tutulan yardım bağlamalarında gigiyenik ləvazimatlar yer alıb. Bununla yanaşı, bağlamalara beş nəfərlik bir ailənin 15 günlük ehtiyacını qarşılayacaq yağ, düyü, makaron və peçenye kimi əsas qida məhsulları da daxil edilib.

Türkiyənin Karakasdakı səfiri Naci Aydan Karamanoğlu Türkiyə dövlətinin zəlzələdən sonra Venesuela ilə həmrəyliyini təkcə mesajlarla məhdudlaşdırmadığını və 75 nəfərlik türkiyəli xilasetmə qrupunun bölgədə fəaliyyətini davam etdirdiyini qeyd edib. O, Venesuelanın 6 fevral zəlzələsində Türkiyəyə göstərdiyi dəstəyi xatırladıb. N.A.Karamanoğlu TİKA, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Türkiyə Qızıl Ayparası tərəfindən humanitar yardımların davam etdiriləcəyini vurğulayıb.

Venesuela xarici işlər nazirinin müavini Oliver Blanko isə Türkiyəyə təşəkkür edib. O, Türkiyə dövlətinin zəlzələnin dərhal ardından bölgəyə xilasetmə qrupu göndərdiyini bildirib. O.Blanko türkiyəli xilasetmə qruplarının bölgədə ümid olmağa davam etdiyini söyləyib. Nazir müavini Venesuelanın çətin şəraitdə Türkiyə xalqının uzatdığı yardım əlini unutmayacaqlarını xüsusi vurğulayıb.

La Quayra şəhərinin valisi Xose Alexandro Teran da beynəlxalq həmrəyliyə görə minnətdarlığını bildirib. Vali xilasetmə qruplarının ən kritik dəstəyi təmin etdiyini və dağıntılar altından sağ çıxarılanların ümid verməyə davam etdiyini qeyd edib. X.A.Teran: “Həqiqi dostluq belə çətin məqamlarda bəlli olur”, – deyə əlavə edib.

MƏNBƏ:TRT
Araşdırma
Ukrayna: Rusiya ordusunun təşkil etdiyi hücumlarda 5 nəfər həlak olub, 56 nəfər yaralanıb
Fransada "Mirage 2000D" tipli qırıcı qəzaya uğrayıb
Fransadakı aksiyalarda 2 nəfər həlak olub
Merts: "Türkiyədən gələn köç Almaniyanı mədəni, iqtisadi və elmi baxıdan zənginləşdirdi"
NATO gəmilərin qorunması üçün Qara dənizə əlavə qüvvələr göndərəcək
BMT Taiz şəhərində humanitar dəhlizin yaradılması ilə bağlı çağırıış edib
Liviya və Türkiyə arasında imzalanmış dəniz yurisdiksiyası memorandumu təsdiqlənib
Ukrayna: Rusiya ordusunun müxtəlif bölgələrə təşkil etdiyi hücumlarda 8 nəfər həlak olub
ABŞ senatoru İsrailə hərbi yardımı dayandırmağa çağırıb
Rusiyanın Kiyev və Xarkov vilayətlərinə hücumları nəticəsində 3 nəfər həlak olub, 11 nəfər yaralanıb
"Flynas" aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsinə görə Romaya təcili eniş edib
Yəmən ordusu: 1 164 əməliyyatda husilərdən 558 nəfər zərərsizləşdirilib
İsrail fələstinlilərə məxsus təxminən 18,3 hektar torpaq sahəsini müsadirə edib
Donald Trampla Benyamin Netanyahu arasında telefon danışığı olub
Qəzzada üç məktəbli İsrail hərbçiləri tərəfindən qətlə yetirildi
Sudanda avtobus dayanacağına endirilən zərbə 80 nəfər həlak olub
Husilər hərbi təlim düşərgəsinə zərbələr endirib
İsrailin Qəzzaya hücumlarında daha 5 fələstinli həyatını itirib
Təl-Əviv-Vyana reysini yerinə yetirən sərnişin təyyarəsi Sofiyaya eniş edib
Körfez Əməkdaşlıq Şurası ölkələri husilərin terror təşkilatı kimi təsnif edilməsinə çağırıb